İqtisadiyyat
26.11.2021 / 14:48
3889
Elman Rüstəmov vəzifəsindən AZAD EDİLDİ
Azərbaycan Şahmat Federasiyasının yeni prezidenti seçilib.
Gundem.az xəbər verir ki, Mahir Məmmədov federasiyanın yeni prezidenti olub.
O, bu postda Elman Rüstəmovu əvəzləyib.
Faiq Həsənov federasiyanın 1-ci vitse-prezidenti, Seymur Talıbov isə vitse-prezident kimi işini davam etdirəcək. AŞF-nin prezident və vitse-prezidenti həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqlənib. Eyni zamanda Sərxan Həşimov və beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov İcraiyyə Komitəsinə üzv seçilib.
Qeyd edək ki, M.Məmmədov Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti olub. O, eyni zamanda Beynəlxalq Şahmat Federasiyasının da vitse-prezidentidir.
Xatırladaq ki, Elman Rüstəmov 2007-ci ildən Azərbaycan Şahmat Federasiyasına rəhbərlik edirdi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay