BAKU Azərbaycan
°C

Hazırda dünyanın bir neçə ölkəsində, o cümlədən Almaniyada koronavirus əleyhinə vaksinin məcburi olması ilə bağlı müzakirələr aparılır.

"Omicron” ştamının sürətlə yayılması sözügedən məsələni gündəmə gətirib. Digər tərəfdən Yeni il günündə bayram yığıncaqları, şənlikləri ilə bağlı yoluxma sayının artacağı düşünülür. 

Maraqlıdır, peyvəndin məcburi olması zərurətdirmi? Yeni il bayramı yoluxmaların sayına necə təsir edəcək?

Bununla bağlı Sfera.az-a açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib ki, ümumiyyətlə vaksinləşmə prosesində "məcburi tətbiq" fikrinin istifadəsinə qarşıdır:

"Bu fikrin təhlilini aparsanız görərsiniz ki, elmə inanmayan və bu gün də peyvəndə qarşı olan insanların fikir məhsuludur ki, ortaya çıxarılıb. Bu isə elmə inanmamaq, onun bu gün qazandığı uğurlara göz yummaq və elmi təhlilləri başa düşməmək deməkdir. Amma bu tipli insanların belə olmağı o demək deyil ki, onlar peyvəndsiz qalmalı, cəza olaraq peyvənddən yararlanmamalıdırlar və virusa yoluxanda onu ağır keçirib hətta ölümlə qarşılaşmalıdırlar. Bu, tibb elminin etik normaları çərçivəsində deyil və elə ona görə də bu insanlara peyvəndin tətbiqi yolları incələnir, tətbiq edilir. 

Nəzərinizə qısa da olsa maraqlı bir elmi statistikanı çatdırım. Belə ki, COVID-19-a inanmayanları və peyvəndə qarşı çıxanları Amerika və Avropada sorğu apararaq incələdikdə aydın olur ki, bu şəxslərin çoxu müxtəlif dinlərə və təriqətlərə hədsiz dərəcədə fanatik inananlar, müəyyən psixi problemləri olanlar, xüsusi savad və intellekt tələb etməyən işlərdə çalışanlardır. Bu da bir daha onu deməyə əsas verir ki, bu insan qruplarına ciddi nəzarət, nəinki,  gündəlik həyatda, hətta pandemiya ilə mübarizədə də vacibdir. Əks halda, özləri dərk etmədiyi təhlükəni cavabdehlik daşıdıqları insanlara ötürməklə saysız ölümlərə səbəb ola bilərlər”.

Müsahibimiz Yeni il günü yoluxmaların artma ehtimalından danışarkən fikrini bu cür ifadə edib:

"Bu suala ümumi olaraq, yəni bütün ölkələri eyniləşdirib cavab vermək elmi tərəfdən çox yanlışdır. Çünki ölkələrdəki epidemioloji vəziyyətlər və yoluxmaların qeydə alınması məsələsi artıq fərqlidir. Lakin konkret olaraq deməli olsaq, Yeni il Avropa ölkələrində yoluxma sayına birbaşa təsir edəcək”.

Son xəbərlər

"Mənim bir evim olacaq, o da məzar" - Azərbaycanlı aktrisa çətin vəziyyətdədir - FOTOlar

"Barselona" bu futbolçuları buraxmaq istəmir

Qərbi Azərbaycana qayıdış: Əliyev İrəvana şərtini elan etdi

Məşhur aktyor ata oldu

Baydenin oğluna ÖLÜM TƏHDİDİ: "Atam bu ağrıya dözə bilməyəcək"

11 milyardlıq sərvətini vermək üçün bağbanı övladlığa götürür

Gəncədə 34 yaşlı qadının asılmış meyiti tapıldı

Oğuzda avtomobil aşdı: yaralılar var

Gəncədə toy QANA BOYANDI: yaralılar var

İsrail "Hizbullah"ın əməliyyat mərkəzini vurdu

Saray yolunda ağır qəza: ölən var - VİDEO

Nazpərinin sabiq nazirlə rəqsi gündəm oldu - VİDEO

Neftçalada məktəbdə yanğın oldu

Sakinlər şok mesaj aldı: -380 dərəcə şaxta...

BƏƏ lideri İlham Əliyevə zəng etdi

7 il idi belə uğursuzluq yaşamırdılar

Müəllimlərə ŞAD XƏBƏR: vəzifə maaşları artırıldı - FOTO

Tullantıları tutumlardan kənara atan şəxslər aşkarlandı

Kübra Əliyeva bahaçılıqdan şikayətləndi

"WhatsApp"da YENİ MƏHDUDİYYƏT: söhbətlər və media fayllar...

Bütün xəbərlər