BAKU Azərbaycan
°C

Bakıya yağan güclü yağışlar səbəbindən 2 nəfərin boğularaq həyatını itirdiyi Sabunçu rayonu Asəf Əsədullayev küçəsindəki tunellə bağlı yayılan yeni görüntülər müzakirə yaradıb. Belə ki, bu gün səhər saatılarında yağan güclü yağış nəticəsində sözügedən tuneli yenidən su basıb, tunelə giriş-çıxış bağlanıb. Bundan əvvəl tuneli tikən şirkət "Körpü Bina Tikinti" MMC-nin müdir müavini problemin səbəbləri barədə araşdırma başladıldığını demişdi.

Gundem.az bildirir ki, Pravda.az-ın əməkdaşı araşdırmanın gedişatı ilə maraqlanmaq üçün yenidən həmin MMC ilə əlaqə saxlayıb.

Bu dəfə özünü şirkətin hüquqşünası kimi qələmə verən və soyadını açıqlamaq istəməyən Rüfət adlı şəxs deyib ki, məsələ ilə bağlı araşdırmanı şirkət deyil, dövlət orqanları həyata keçirir:

"Dövlət layihəsidir, tunel sifariş əsasında tikilib. Layihəni tərtib edən də, sifarişi verən də müvafiq dövlət orqanıdır ("Azərbaycan Dəmir Yolları" QSC). Sifarişdə nə göstərilibsə, iş buna uyğun yerinə yetirilib. Körpü, onun konstruksiyası, betonu dayanıqlıdır.

Tuneldəki motorlar da layihədə iki ədəd göstərilibsə, 3 ədəd qoyulub. Şirkət motor istehsalçısı deyil. Tunel uçmayıb, anbar aşmayıb. Hamısı yerindədir. Qoyulan motorlar Azərbaycan bazarında sertifikatlaşdırılmış motorlardır. Tikinti zamanı heç bir nöqsan olmayıb.

İstər su motoru olsun, istərsə də saç qurudan fen, bu, qurğudur, içində motor işləyirsə, nə vaxtsa xarab olmalıdır. Fövqəladə vəziyyət yaranıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı necə analiz edib, bunu deyə bilmərəm. Motorlar işlək vəziyyətdə olub.

İstər "Körpü Bina Tikinti" MMC, istərsə də digər tikinti şirkətləri işi başa çatdırandan sonra 1 il zəmanət üçün nəzarət edir, bundan sonra müvafiq dövlət orqanlarına təhvil verir. Şirkət illər boyu tikilinin arxasınca getmir. Nəzarəti artıq müvafiq dövlət orqanları davam etdirirlər.

Hadisə günü motorların işləyib-işləməməsi bizə aid deyil. Məlumata görə, motorlar işləyib, sadəcə, yağıntıların miqdarı normadan artıq olduğu üçün kanalizasiyalar yüklənib, su geri qayıdıb. Kimsə bizi günahlandırmaq istəyirsə, birinci iş barədə ətraflı öyrənsin.

"Körpü Bina Tikinti" MMC bundan başqa onlarla körpü tikib, heç birində qüsur olmayıb. Ona qalsa, "Bağırov körpüsü"nə də su dolub.

Fövqəladə hal nəticəsində baş verən hadisədir, bunu dramatikləşdirməyə ehtiyac yoxdur. Allah həyatını itirən iki vətəndaşımıza rəhmət etsin. Ailələrin acıları ağırdır, başları sağ olsun.

Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, iki nəfərin həlak olması motorların işləməməsi, tuneli su basması ilə əlaqədar deyil. FHN əməkdaşları onların yanında olarkən su hələ bellərinə çatmamışdı. Su maşının qapısında idi. Yeriyə-yeriyə çıxa bilərdilər. Nəyə görə sudan çıxmadıqları müəmmalıdır. Araşdırma gedir, yəqin ki, nəticəsi mətbuata açıqlanacaq. Kim yaxşı iş görür, ayağından dartmaq istəyirlər. 4 il əvvəl tikib, təhvil vermişik. Görən görür ki, orada "Körpü Bina Tikinti" MMC-lik nə var?"

Son xəbərlər

1178-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Bakıda bu yol bir neçə saat bağlı olacaq

Rus ordusu Volnoye Poleni ələ keçirdi

Tramp 11-ci dəfə baba oldu - FOTO

Bu həkimlər 9000 manat cərimələnəcək

Kartdan pul çəkənlər daha tez tapılacaq - Yeni qayda

Bəzi ərazilərdən Azərbaycana ət məhsullarının gətirilməsinəməhdudiyyət qoyuldu

Azərbaycan dili imtahanının nəticələri açıqlandı

Ermənistanda zəlzələ oldu

Ev sahibinin ayaqqabısı Ərdoğanın marağına səbəb oldu - VİDEO

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Kirayə qalanlara ŞAD XƏBƏR

Təhsildə müasir TRENDLƏR - Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi –FOTO/VİDEO

Pensiya alanların nəzərinə - Dəyişiklik edilir

Məktəblərin bağlanma vaxtı dəyişə bilər

Prezident Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir - Canlı

İstiliyin verilməsinin vaxtının dəyişdirilir

Bakı metrosunun bir xəttində ancaq YENİ NƏSİL qatarlar olacaq – RƏSMİ

Emmanuel Makron Prezident İlham Əliyevlə görüşdü - VİDEO

Prezident İlham Əliyev Albaniyada Böyük Britaniyanın Baş naziri Kir Starmerla görüşüb

Bütün xəbərlər