BAKU Azərbaycan
°C

Bir neçə gündür Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qanun pozuntuları ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində yoxlama aparır.

Ötən gün Göyçay Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Vahid İsayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Vahid İsayevdən sonra daha iki səlahiyyətli şəxs Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən dindirilib.

Belə ki, Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimov, eləcə də Göyçay şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəsi Rəşad Şükürovun ifadələri alınıb. 

Məsələni Baş Prokurorluqla dəqiqləşdirmək cəhdimiz baş tutmasa da,  adlarıçəkilən şəxslərlə əlaqə yarada bildik. 

Saytımıza açıqlamasında Göyçay şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəsi Rəşad Şükürov sözügedən idarədə dindirildiyini təsdiqləyib:


“Hamını dəvət ediblər. Eləcə də mən çağırılmışam. Müəyyən suallar olub, cavab verib gəlmişik. Hal-hazırda öz işimin başındayam”, - deyə o, qeyd edib. 

Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimov isə həmkarından fərqli olaraq idarəyə çağırılmadığını bildirib:


“Xeyr, mən dindirilməmişəm. Mən başçının müavini filan deyiləm, bələdiyyə sədriyəm, niyə dindirilim ki?”

Məlumat üçün bildirək ki, “Eldar şamı” cinsindən olan ağacın köküstə kəsilərək məhv edilməsi ilə bağlı Cavid Rəhimov barəsində 2020-ci ildə Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Prezident İlham Əliyevin sərəncamı ilə fevralın 28-də işdən çıxarılıb. O, 2016-cı il iyunun 10-da bu vəzifəyə təyin olunmuşdu. 

İddialara görə Mehdi Səlimzadə Göyçay rayonuna icra başçısı təyin olunandan sonra fermerlərə, bələdiyyələrə məxsus torpaq sahələrinə əl qoyub. Həmçinin, Göyçay rayonunda torpaqların suvarılması üçün sovet dönəmində tətbiq edilmiş 500.000 metrdən çox çürüməyən qiymətli metaldan düzəldilmiş boruları torpağın altından çıxartdırıb satmaqda ittiham olunur. 

Son xəbərlər

Azərbaycanda ən çox bu rayonda boşanırlar - STATİSTİKA

“Qalatasaray”da ayrılıq - FOTO

İyulun ən möhtəşəm Ayı bu tarixdə görünəcək

Kartof kəskin bahalaşacaq -BU TARİXDƏN

Emmanın başına iş gəldi - FOTO

Aşıq Əhliman insult keçirdi, vəziyyəti ağırdır

Tofiq Musayev yenə UFC-də döyüşəcək - TARİX AÇIQLANDI

Zaxarova Bakıda saxlanılan Rusiya vətəndaşlarından DANIŞDI

“Gözlənilən tarixi müjdəni verəcəyik” - Ərdoğan

Ərdoğan seçkilərin vaxtını açıqladı

Zelenski Romaya getdi

Prezident BƏƏ-yə getdi - FOTOLAR

Əhali daha çox dərmana pul xərcləyir

Manatın məzənnəsində dəyişiklik olacaq? - VACİB AÇIQLAMA

İlham Əliyev BƏƏ Prezidenti ilə görüşəcək

Əməkdar artist istefa verdi

Məşhur futbolçu klub sahibi oldu

Tramp Moskva və Pekini bombalamaqla hədələyibmiş - Səs yazısı yayıldı

Sabah isti olacaq

İlham Əliyev sabah Paşinyanla görüşəcək

Bütün xəbərlər