BAKU Azərbaycan
°C

Qazaxıstan Hava Hücumundan Müdafiə qüvvələrinin Aktauda yerləşən aviasiya bazasının hərbçisi Nurlan Botaqarin AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra insanların xilas edilməsinin təfərrüatlarını bölüşüb.

Gundem.az qafqazinfo-ya istinadən xəbər verir ki, Botaqarin təyyarə qəzasının baş verdiyi gün növbədə olduğunu deyib və hadisə yerə ilk gələnlərdən biri olub.

Hərbçinin sözlərinə görə, təyyarənin düşdüyünü görən kimi zərərçəkənlərə kömək etmək üçün dərhal qəza yerinə gedib.

O deyib ki, təyyarənin arxa qapısını açaraq insanları çıxarmağa başlayıb:

"Təyyarənin qəribə şəkildə uçduğunu görəndə başa düşdüm ki, nasazlıq var. Təyyarə yerə düşəndə dərhal maşına minib qəza yerinə getdim. Əvvəlcə 10-a yaxın sərnişini olan kiçik bir təyyarə olduğunu düşündüm. Amma orada çoxlu adam var idi. Qarşıma ağ paltarlı balaca bir qız çıxdı. Mən sarsılmışdım. İnsanları çıxarmağa çalışarkən gördüm ki, xilasedicilər və təcili yardım köməyə gəlib. Onlar yanğını söndürməyə və insanları təxliyə etməyə başladılar. Hesab edirəm ki, əlimdən gələni etmişəm", - Botaqarin bildirib.

Fotoda Nurlan Botaqarin

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. 

Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Son xəbərlər

Castin Biberin arvadı Kıvançın VİDEOsunu paylaşdı

Göbələk xərçəngin dərmanı imiş

Türkiyədə qaçırılan Avrelinin heykəli 65 il sonra qaytarılır

Bu Afrika ölkəsi “Barselona”nın sponsoru olacaq

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

Vaxtla bağlı YALANLAR - Niyə “az” deyib “çox” gecikirik?

1239-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ronaldo yalnız bu oyunlarda oynaya bilər

Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini işğal etdi

İşəgötürənlərin NƏZƏRİNƏ: Bu günlərdə işləməyən şəxslərin maaşları veriləcək

Azərbaycan çempionu oldular

Bakıda illərdir gözlənilən böyük söküntüyə başlanılır

Bu prospektdə yol hərəkətinin təşkili dəyişdi - FOTOLAR

Magistraturaya qəbul imtahanında dəyişiklik gözlənilir - DİM rəsmisi

Həftəsonunadək hava necə olacaq?

Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub

Azad edilmiş ərazilərdə güzəştli ipoteka krediti ilə bağlı şərtlərdə dəyişiklik edildi

Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

Əkrəm İmamoğluna hökm oxundu

Emin rus aparıcıları onlarla əvəzlədi

Bütün xəbərlər