BAKU Azərbaycan
°C

"Belə getsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq".

Bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov Bakı Dövlət Universitetində “Elm günü” ilə əlaqədar “Azərbaycan təbiətini qoruyaq” mövzusunda keçirilən Elmi seminarda deyib.

O bildirib ki, insan təbiətin bir hissəsidir və o özünü nə qədər güclü hesab etsə də təbiətdən – təbii şəraitdən, təbii ehtiyatlardan asılıdır:

"Ona görə də təbii sərvətlərdən düşünülmüş şəkildə istifadə edilməlidir. İnsanların planlaşdırılmamış təsərrüfat fəaliyyəti nəticəsində təbiətə ağır zərbə vurulur, ekoloji disbalans yaranır. Mal-qaranın kütləvi şəkildə meşələrdə otarılması torpaq örtüyünün deqradasiyasına səbəb olur. 30-40 il əvvəl Kür ətrafında olan meşələrdən indi əsər-əlamət qalmayıb, Kiçik Qafqaz meşələri təhlükə qarşısındadır. Cəmi 30 il əvvəl Kürün suyu o qədər idi ki, demək olar, onun bir sahilindən o biri sahili görünmürdü. İndi isə həmin ərazilərin sakinləri susuzluqdan əziyyət çəkir. Belə getsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq”, - deyə alim xəbərdarlıq edib.

Su ehtiyatlarının qiymətləndirilməsi məsələsinə toxunan Z.Eminov bu işin sonuncu dəfə 50 il qabaq aparıldığını diqqətə çatdırıb.

O qeyd edib ki, artan əhalinin suya olan tələbatını təyin etmək üçün bu çox vacibdir: “Təbii sərvətlərdən istifadəyə münasibət köklü şəkildə dəyişilməlidir, kompleks tədbirlər planı işlənilməli, təbii ehtiyatlardan istifadəyə dövlət nəzarəti gücləndirilməlidir. Əks təqdirdə, bəşəriyyət ekoloji fəlakətlə üz-üzə qala bilər. Hər şey bizim özümüzdən asılıdır”. (azsabah.com)

Son xəbərlər

Rusiyaya gedənlər üçün vacib XƏBƏR: mütləq oxuyun

Nadir bu tarixdə oğluna toy edir - FOTO

Vətəndaşın kartından 27 283 manat belə oğurlandı

Quş qripi sürətlə mutasiyaya uğrayır

Sürücülərin nəzərinə!

Bu marşrutunun hərəkət sxemi müvəqqəti dəyişir

"Samsung"un baş direktoru vəfat etdi

Dünyanın ən varlı qadınları

Qızılın qiyməti rekord həddə BAHALAŞDI

"Liverpul"un ulduzu "Real"da!

Bu BÜRCLƏR ayın sonuna kimi şəxsi xoşbəxtlik tapacaq

16 minlik oğurluq etdi

Aysunun keçmiş ərinin paylaşımına qəribə REAKSİYA:" Acığına gəlməsin, canını yaxşı qurtardın" - FOTO

“Kızıl goncalar”ın final tarixi dəyişdi

Sabahdan bu məktəblərdə dərs başlayır

Arıqlayacağının anonsunu verdi - VİDEO

Qəza aeroport yolunda sıxlıq yaratdı - VİDEO

Süni tənəffüs aparatına qoşulan aktyordan XƏBƏR VAR

"Fənərbağça" bu ulduzunun maaşını azaldacaq

Ən xoşbəxt BÜRCLƏR

Bütün xəbərlər