BAKU Azərbaycan
°C

"Azərbaycanda mərhələli şəkildə quru sərhədlərin açılması məsələsinə baxılmalıdır”

Gundem.az bildirir ki, bunu iqtisadçı-deputat Vüqar Bayramov deyib. O bildirib ki, artıq əksər aparıcı ölkələr, hətta COVİD-19 məsələsində kifayət qədər mühafizəkar mövqe tutan Yeni Zelandiya və Avstraliya kimi dövlətlər də yumşaldılma mərhələsinə qədəm qoyurlar:

"Azərbaycana da gəliş-gediş zamanı peyvənd pasportu olduğu halda, PCR analiz tələbinin aradan qaldırılması məqsədəuyğun olardı. Peyvəndləşmə uğurla aparıldığı üçün qapalı yerlərdə vaksin sertifikatı tələbinin də aradan qaldırılması mümkündür. İndi bəzi ölkələr turistlərdən PCR analizi daha tələb etmirlər”.

Deputat artıq yeni turizm mövsümünün başladığını vurğulayıb:

"2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə, 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, PCR test tələbinin götürülməsi ölkəyə gələn turistlərin sayının kəskin artmasına səbəb ola bilər. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Əksər Qərb ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi karantin qaydalarının daha yumşaldılması turizm daxil olmaqla, bir sıra sektorlar üçün əlavə imkanlar yarada bilər”.

Son xəbərlər

Tiktok bu ölkədə qadağan edilə bilər

Qurban Qurbanovun sabiq köməkçisi İngiltərə klubunda baş məşqçi oldu

Az miqdarda alkoqolun ölümcül ola biləcəyi xəstəliklər - Xəbərdarlıq

Messi "Qalatasaray"a transfer olacaq? - Şok iddia

Azərbaycanda sexdə partlayış - xəsarət alanlar var - FOTO

Bu şəxslərə südlü qəhvə içmək olmaz

Bakıda qadını aldadıb pullarını alan şəxs tutuldu

26 yaşlı qız dəm qazından boğularaq öldü

Qadının boğazı kəsildi - 16 yaşlı oğlu və kürəkəni saxlanıldılar

Aparat rəhbərinə ağır itki - FOTO

Elnarə Abdullayevanın ailəsində pis xəbər

İsmayıllıda yanğın

Naxçıvanda ağır qəza - Ölən var - FOTOLAR

Sabah Bakıda leysan olacaq

Elnur Nağdəliyev direktor təyin olundu

Xırdalanda 64 yaşlı qadın 47 yaşlı kişini polisə verdi

DYP bu sürücülərə MÜRACİƏT ETDİ

20 gündür itkin düşmüş şəxsin meyiti tapıldı

Azərbaycanda generala hökm oxundu - 143 milyonluq mənimsəmə

Pənah Bəkirov vəfat etdi - FOTO

Bütün xəbərlər