BAKU Azərbaycan
°C

AĞ Partiya başqanı Tural Abbaslının dekabrın 22-nə təyin edilən toyu təxirə salınıb.

Gundem.az xəbər verir ki, Tural Abbaslı karantin qaydalarına görə iki gün, iki gecə toy çaldıracaqmış. Birinci gün toya ailəsi və doğmaları, ikinçi gün isə siyasi partiyaların tanınmış simaları dəvət edilib. İkinci gün üçün nəzərdə tutulan toyun başlamasına bir neçə saat qalmış oğlan evi bütün dəvətlilərə toyun təxirə düşdüyün deyib.

Partiyanın başqan müavini Cavanşir Abbaslı Qaynarinfo-ya açıqlamasında bildirib ki, toy karantin qaydalarının tələb etdiyi şərtlərə görə təxirə salınıb:

"Qonaqların sayı çox olduğundan dekabrın 22-ə ikinci bir toy mərasimi təyin edilmişdi. Yəni həmin gün siyasi elitanın tanınmış simaların iştirak edəcəyi 140 nəfərlik bir tədbir nəzərdə tutulmuşdu. Orada bizdən 150 nəfərdən artıq qonağın olmaması qaydasına əməl olunması tələb olundu və biz ona əməl edəcəkdik. Bu toyla bağlı biz müraciəti dekabrın 19-da etdik. Karantin qaydalardan biri də budur ki, ən azı 5 gün əvvəl portaldan qeydiyyatdan keçmək lazımdır. Biz isə 3 gün əvvəl müraciət etmişdik və oradan bizə tədbirin keçirilməsinə yardımçı ola biləcəklərini bildirdilər. Biz də ümidləndik və insanlara dekabrın 22-si üçün dəvətlər göndərdik. Amma dekabrın 21-də bizə həmin restorandan zəng gəldi ki, "toy mərasimini portalda qeydiyyatdan keçirə bilmədik və burada heç bir qərəz yoxdur. İstəyirsiniz, başqa vaxta təyin edin". Ona görə də belə vəziyyət yarandı və sosial şəbəkələrdə də məlumat yayıldı ki, Tural Abbaslının toyuna qadağa qoyulub. Əsla belə deyil".

Cavanşir Abbaslı onu da əlavə edib ki, Tural Abbaslının siyasi elitanın tanınmış simaları üçün nəzərdə tutulan toy mərasiminin yaxın ayların birində keçirilməsi planlaşdırılır.

Son xəbərlər

"Mənim bir evim olacaq, o da məzar" - Azərbaycanlı aktrisa çətin vəziyyətdədir - FOTOlar

"Barselona" bu futbolçuları buraxmaq istəmir

Qərbi Azərbaycana qayıdış: Əliyev İrəvana şərtini elan etdi

Məşhur aktyor ata oldu

Baydenin oğluna ÖLÜM TƏHDİDİ: "Atam bu ağrıya dözə bilməyəcək"

11 milyardlıq sərvətini vermək üçün bağbanı övladlığa götürür

Gəncədə 34 yaşlı qadının asılmış meyiti tapıldı

Oğuzda avtomobil aşdı: yaralılar var

Gəncədə toy QANA BOYANDI: yaralılar var

İsrail "Hizbullah"ın əməliyyat mərkəzini vurdu

Saray yolunda ağır qəza: ölən var - VİDEO

Nazpərinin sabiq nazirlə rəqsi gündəm oldu - VİDEO

Neftçalada məktəbdə yanğın oldu

Sakinlər şok mesaj aldı: -380 dərəcə şaxta...

BƏƏ lideri İlham Əliyevə zəng etdi

7 il idi belə uğursuzluq yaşamırdılar

Müəllimlərə ŞAD XƏBƏR: vəzifə maaşları artırıldı - FOTO

Tullantıları tutumlardan kənara atan şəxslər aşkarlandı

Kübra Əliyeva bahaçılıqdan şikayətləndi

"WhatsApp"da YENİ MƏHDUDİYYƏT: söhbətlər və media fayllar...

Bütün xəbərlər