BAKU Azərbaycan
°C

Ukrayna Prezidenti Volodimir Zelenski Yunanıstanın ERT kanalına verdiyi müsahibədə jurnalistin “Türkiyə Rusiya-Ukrayna müharibəsində dinc rol oynasa da, ordusu ilə Yunanıstana meydan oxuyur. Bu, ziddiyyət təşkil etmirmi?” sualına “Bir tərəfdən, Türkiyə vasitəçi rolunda çıxış edərək Ukraynanı mühüm addımlarla dəstəkləyir, digər tərəfdən isə Rusiya turizsləri üçün hazırlıq görür. Bununla belə məşğul ola bilməzsiniz, bu ikili standartdır. Bu, ədalətli deyil. Seçim etmək lazımdır: siz həqiqətin tərəfdarısınız, yoxsa yox?” cavabını verib. 

Mövzu ilə bağlı Gundem.az-a açıqlama verən siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov deyib ki, Volodimir Zelenskinin Türkiyə haqda dediklərini müharibə dəhşətlərinin onda yaratdığı əsəb və gərginliklə əlaqələndirmək olar. 

“Zelenskinin üzərinə düşməyək, ölkəsi müharibənin içərisindədir, adam başını itirib, amma nəticədə Türkiyə haqqında dedikləri təpədən dırnağa qədər ədalətsizliyin göstəricisidir. Bu, ən azından Türkiyənin mövqeyini və dəstəyini kölgə altına almaq və siyasi korluqdur”.

Ekspertin fikrincə, bu tezis Zelenskinin deyil. Onun sözlərinə görə, mətn başqa yerlərdə yazılıb və Türkiyənin müharibəyə cəlb edilməsi ssenarisinə xidmət edir:

“Azərbaycanlı bəzi liberal-demokratlar isə əslində Zelenskini deyil, tezis yazan mərkəzləri müdafiə edir. Qısası, mövzu Türkiyə olduğu üçün, çoxunun kürkünə birə düşür və hikkələrində çırpınır. Sabah tezis gəlsə ki, Zelenski pisdir, bu şəxlərində mövqeyi kəskin dəyişəcək. Türkiyə ağır daş olub, çoxunun təpəsinə düşüb”.

Turan Rzayev
 

Son xəbərlər

Tayvanda yenidən zəlzələ oldu

Qazaxdainkubator sexi yanır

Rüşvətlə sürücülük vəsiqəsi verən yol polisinə cinayət işi açıldı

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

ABŞ-dan Bakı-İrəvan razılaşmasına REAKSİYA

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Həmişə həqiqəti söyləyən bürclər

Rus ordusunda fərarilik rekord həddə qalxdı

"Qarabağ" finalda!

Ermənistan səfirliyinin əsassız ittihamlarına CAVAB

Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Rusiya və Ukrayna arasında razılaşma əldə edildi

Kirkorov buna görə ad günü etməyəcək

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

İraq Prezidenti COP29-a dəvət olundu

Yenikənddə qadağan edilmiş ov alətləri aşkarlandı

Rəşad Sadıqov: “Bir hədəf var”

Şad xəbər: büdcə gəlirləri artdı, 822 milyon…

Bütün xəbərlər