BAKU Azərbaycan
°C

Vətəndaş icbari tibbi sığortanın tətbiqilə bağlı şikayətçi olub.

Tovuz rayon sakini Ədilov Saqif Hüseyn oğlu ondan icbari tibbi sığorta çərçivəsində ödəniş tələb olunduğunu iddia edib.

S.Ədilov tərəfindən Modern.az-a daxil olan şikayətdə deyilir:

"Həyat yoldaşım Quliyeva Gülnar İlqar qızını qeysəriyyə əməliyyatı üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirmişəm. Qeysəriyyə əməliyyatı icbari tibbi sığorta tərəfindən həyata keçirilməli, bizdən pul alınmamalı idi. Ancaq həkim məndən 600 manat pul istəyir, deyir ki, "pulumu ver, hara şikayət edirsənsə et". Bu məsələyə aydınlıq gətirilməsini, araşdırılmasını istəyirəm".


İddiaya aydınlıq gətirmək üçün TƏBİB-lə əlaqə saxladıq.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Modern.az-a açıqlamasında bildirib ki, qeyd edilən şikayət araşdırılıb:

"Tovuz rayon Qaraxanlı kənd sakini 1992-ci il təvəllüdlü Quliyeva Günel İlqar qızı 16 may 2022-ci il saat 12:52 radələrində Tovuz rayon Mərkəzi Xəstəxanasına müraciət edib. O, "38-39 həftəlik hamiləlik, baş gəlişi uşaqlıqda çapıq" diaqnozu ilə stasionar müalicəyə qəbul edilib. 16 may saat 13:50 radələrində icbari tibbi sığorta çərçivəsində qeysəriyyə üsulu ilə vətəndaşın övladı doğulub. Uşaq 3 500 qram çəkidə qız uşağıdır. Hazırda ana və yeni doğulmuş uşağın stasionar müalicəsi davam edir. Hər ikisinin vəziyyəti kafidir. Vətəndaşın tibbi xidmətin ödənişli əsaslarla göstərilməsi ilə bağlı iddiası həqiqəti əks etdirmir".

Son xəbərlər

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

3 gün ərzində... - ƏHALİYƏ XƏBƏRDARLIQ

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

Sabah 30 dərəcə isti OLACAQ

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Aprel çağırışı yekunlaşır - FOTO

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Bütün xəbərlər