BAKU Azərbaycan
°C

Rusiya Dövlət Dumasının Dağıstandan seçilmiş deputatı Sultan Hamzayev Qazaxıstanı Rusiyaya birləşdirmək təklifi ilə çıxış edib. Bu isə bəzi narazılığa səbəb olub. Xatırladaq ki, Rusiya Liberal Demokrat Partiyasının sədri, hər zaman öz sərsəm açıqlamaları ilə gündəmə gələn Vladimir Jirinovski oxşar fikirlər səsləndirib. Siyasətçi Qazaxıstanın Şimal və Şərq vilayətlərinin Rusiyaya birləşməli olduğunu deyib.

Siyasətçi və politoloq Zərdüşt Əlizadə isə bu fikirləri absurd adlandırıb. O açıqlamasında qeyd edib ki, hər sərsəm siyasətçinin danışdığı boş sözlərə əhəmiyyət vermək lazım deyil.


“Rusiya Dövlət Dumasına təyin edilmiş adamlar arasında ağıllı insanların sayı çox azdır. Hər mənasız sözə fikir vermək lazım deyil. Dağıstandan hansısa bir gədanı gətirib qoyublar parlamentə, o da ağzına gələni danışır. Bu şəxs heç seçkilərdə özü seçilməyib, sadəcə, hökümət öz siyasi kursina uyğun olaraq, onu dumada oturdub. Qazaxstan tarix boyu nəhəng bir dövlət olub. Axı, bu cür dövlətə hansı qüvvənin gücü çatar ki, onu harasa birləşdirsin?”

Siyasətçi Qazaxıstanda baş verən ixtişaşlardan da söz açıb. Z.Əlizadə qeyd edib ki, qalxan təzyiq nəticəsində xalq da, hökümət də bir çox səhv addımlar atırlar.
 

“Ölkədə baş qaldıran son qarışıqlıqlar 1-2 ay keçməmiş hamının yadından çıxacaq və vəziyyət stabilləşəcək. Qazaxıstan müstəqil dövlətdir, BMT-nin və müxtəlif beynəlxalq təşkilatların üzvüdür.


Hazırda ölkə böhran vəziyyəti yaşayır. Millət üsyan edir, Qazaxıstanda olan bəzi vəhşi qüvvələr talançılıq edir və hökümət xalqa silah qaldırır yəni hər şey bir-birinə qarışıb. Bütün hadisələr də bu fonda baş verir. Mən inanıram ki, Qazaxıstan böhrandan tezliklə çıxacaq və ölkə öz əvvəlki vəziyyətinə qayıdacaq”. Bizim.media

Son xəbərlər

Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

Bütün xəbərlər