BAKU Azərbaycan
°C

“İranın Borçalıda “dini kanton” yaratmaq imkanı 2011-ci ildə - QMİ təsir gücünü itirməyə başladığı dövrdə yarandı. Gürcüstanın 2003-cü ildən sonra dini icmaların dövlət nəzarətinə götürülməsi prosesində ilkin hədəfi Rusiya kilsəsinin təsirini azaltmaq və Acariya müsəlmanları idisə, dalğa 2009-cu ildə Borçalıya da çatdı və QMİ yalnız 2011-ci ilə qədər müqavimət göstərməyi bacardı. Ya müqavimət göstərə bilməməkdən, ya da strateji yanlışların nəticəsində, yaxud hər iki səbəbdən Azərbaycan dini təsir gücünü itirdi, əvəzində İran aktiv şəkildə bölgəyə daxil oldu”.

Gundem.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı Borçalıda bir qrupun əllərində Taleh Bağırzadənin fotosu ilə aksiya keçirmələrinə münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, İran hələ 90-cı illərin sonu, 2000-ci illərin əvvəlində Qum və Məşhəddən Borçalıya dini emissarlar göndərir, şərtlərin yaranmasına hazırlaşırdı:

“Bölgədə Azərbaycanın dini təsirini İranın əvəzləməsində Gürcüstanın da öz maraqları var. 2018-ci ildə bu mövzuları bir az araşdırmışdım. Hələ o vaxt Borçalı bölgəsində İranın şeyx düzəltdiyi Mirtağı Əsədovun rəhbərliyində 500-dən çox aktiv iştirakçı var idi, indi sayları bir qədər də artıb. M.Əsədov 2011-ci ildə - proses başlayanda Azərbaycan vətəndaşlığından imtina edərək, Gürcüstan vətəndaşlığını qəbul etdi və sonra baş verənlər hər şeyin illərlə hazırlanan planın parçası olduğunu üzə çıxarır. Bölgədə dini təsirin itirilməsi Azərbaycanın ciddi strateji səhvi idi. Bundan sonra Borçalıya yenidən qayıtmaq da asan görünmür”.

Son xəbərlər

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Ağdamda iki hotel tikilir

Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Almaniya klubunun stadionunda bomba tapıldı

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Azərbaycan çempionu bəlli oldu

Dünyanın sonu - Ən inandırıcı 3 qiyamət nəzəriyyəsi

Gürcüstan müxalifəti 3 gün sonra yeni mitinq keçirəcək

Tanzaniyada 200 min insan daşqınlardan zərər çəkdi

Danimarka Ukraynaya hərbi yardımını artıracaq

Avtomobillər ucuzlaşdı - Səbəb

Ağdam Cümə məscidində ilk Azan oxundu - VİDEO

Cəlilabadda qəza - iki nəfər yaralandı

İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib

Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir - FOTO

Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı

Göyçayda 88 nəfər cəzalandırıldı

Bütün xəbərlər