Aktual
10.08.2022 / 18:55
427
“Qisas”ın nəticəsi: təxribatçılar silahı yerə qoydu
Azərbaycanın Qarabağ bölgəsində özünü separatçıların və qanunsuz silahlı dəstələrin başçısı elan edən Araik Arutyunyanın qismən səfərbərlik barədə verdiyi “əmr”inin icrası dayandırılıb.
Gundem.az xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.
Bildirili ki, A.Arutyunyan səfərbərlik barədə imzaladığı “fərman”ın icrasını bu gün ləğv edib.
Qeyd edək ki, Azərbaycan Ordusunun avqustun 3-də keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. (Axar.az)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay