BAKU Azərbaycan
°C

Onlar dünyanı idarə edir, bütün siyasi güc məhz onların əlindədir  bu ifadə masonlarla bağlı tez-tez rast gəlinən və böyük toplum tərəfindən qəbuledilən birmənalı teoremdir desək, yalan olmaz.

Qeyd etməliyik ki, masonluq həm bizdə, həm də başqa ölkələrdə maraq doğuran mövzudur. Yüz illərdir mövcud olan bu təşkilatın nəyə xidmət etməsindən tutmuş məqsədlərinə, üzvlərinin kimliyindən tutmuş bir çox təfərrüatları haqqında saysız-hesabsız söyləntilər var.

Bu nöqtədə illuminati ilə müqayisə edə biləcəyimiz masonluq bəziləri üçün sadəcə eşitdikləri qaranlıq bir məfhum, bəziləri üçün isə yaxşılığa, sülhə və bərabərliyə xidmət edən bir təşkilatdır.


Maraqlıdır, bəs, mason və ya masonluq nə deməkdir? Bu təşkilat nə zaman və hansı məqsədlər üçün yaradılıb? Həqiqətən də dünyanı masonlarmı idarə edir?

Gundem.az bu və digər suallara cavabı "Xəbəriniz olsun" rubrikasında təqdim edir:

Masonluq tarixi...

Mason - masonluğun prinsip və qaydalarını mənimsəyərək bu təşkilata üzv olmuş şəxs deməkdir. Bir çox mənbələrə görə, masonluq, 16-cı əsrin sonu və 17-ci əsrin əvvəllərində yaranmışdır. Təşkilat daş ustalarının ixtisaslarını təkmilləşdirərək müştərilərlə münasibətlərini tənzimləyən yerli lojalardan qaynaqlanan "qardaşlıq" qurumudur. Masonluq müxtəlif formalarda mövcuddur və onun üzvlərinin vahid mənəvi və metafizik idealı paylaşması ilə xarakterizə olunur. Bunlardan birincisi “Ali Varlığa” inancdır. Masonlar bu varlığı adlandırarkən "Kainatın Böyük Memarı" ifadəsini işlədirlər. Masonluğun dəqiq yaradılış tarixi hələ də sual altındadır. Şotlandiyada ilk mason lojalarının 16-cı əsrin əvvəllərində mövcud olduğunu göstərən dəlillər olsa da, onların eyni zamanda 17-ci əsrin ortalarında İngiltərədə mövcud olduğunu göstərən müəyyən mənbələr də var. “Mason Əlyazması” adlı şeir isə təxminən 1390-cı ilə aiddir və ən qədim mason sənədi kimi tanınır.

Masonluqla bağlı əsrarəngiz fikirlərin yaranmasının səbəblərindən biri də başlanğıcı ilə əlaqədar çox məlumatın olmamasıdır. Fantastik nəzəriyyələrdən biri masonluğun, Fransada 1307-ci ildə Kral Filip tərəfindən əzilən məbəd cəngavərlərindən gəldiyini deyir. Nəzəriyyəyə əsasən, bunların bir qismi qaçaraq Şotlandiyaya sığınıb və masonluğu yaradıb. Bir qisim masonlar isə öz köklərini Kral Süleymana bağlayırlar. Dediklərinə görə, Süleyman məbədi başdan-başa divar ustalarının köçürdüyü gizli bilgilərlə inşa edilib.


“Masonluqda pis insanı yaxşıya çevirmək üçün səy göstərilmir”

Masonlara görə, masonluq insanlar arasında sevgi, hörmət, tolerantlıq, hüquq bərabərliyi və elmi inkişafın zəruriliyini qəbul edir. Yenə masonların fikrincə, masonluq bütün insanlar arasında sevgi, tolerantlıq və qardaşlığı bərqərar etməyi qarşısına məqsəd qoyan və işini həqiqətin axtarışına yönəldən intellektual bir təşkilatdır. Masonlara görə, masonun məqsədi hər cəhətdən inkişaf etmiş ideal insan olmaqdır. Bu istiqamətdə mason fəlsəfəsi daha yaxşı fərd olmağa diqqət yetirir. Onların inancına görə, masonluq təkamül prosesidir.


Mason iclasları..Harada və necə?

 


Masonluğun üç dərəcəsində şagird, səyyah və usta anlayışı var. Usta dərəcəsi masonluğun ən yüksək dərəcəsi hesab edilir və lojalarda bundan yuxarı heç bir dərəcə yoxdur. Deyilənlərin əksinə olaraq mason məclisləri gizli keçirilmir. Daha dəqiq desək, burada vacib məqam ondan ibarətdir ki, iclaslarda yalnız üzvlər iştirak edə bilər. Yəni masonların yığıncağına heç bir kənar şəxs daxil ola bilməz. Buna görə də, görüşlərin gizli rituallar şəklində keçirildiyi barədə şayiələr yaranıb. Masonluq yığıncaqlarında gizlənən yeganə şey üzvlərin bir-birini tanıması üçün qədim zamanlardan bəri istifadə edilən işarələrdir. Bundan əlavə, idealları və prinsipləri sirr olmayan masonluqda insanın mason olduğunu bəyan etmək azadlığı var. Eləcə də, istəsə o, bunu gizli saxlaya bilər. Çünki bir çox mason ətraflarında görəcəkləri reaksiyadan qorxaraq “masonam” deyə etiraf edə bilmir. Bundan əlavə, bir üzv yalnız öz masonluğunu açıqlaya bilər, başqalarının üzvlüyünü açıqlamağa haqqı yoxdur. Bu yığıncaqlarda masonlar boyunlarına hansı təşkilata mənsub olduqlarını göstərən medalyon, bellərinə önlük, əllərinə xoş niyyəti ifadə edən ağ əlcəklər taxırlar. Eyni zamanda lojalarda işləyənlər naxışlı önlüklər və boyunlarına “şnur” adlı aksesuar taxırlar. 

Siyasətlə, dinlə heç bir əlaqəsi olmayan masonlar lojalarda siyasi məsələləri müzakirə etmirlər. Həmçinin təşkilat üzvlərinin öz siyasi düşüncələrinə və qərarlarına qarışmırlar. Üzvlərin siyasi ideyası ola bilər, əsas odur ki, bu ideyalar lojalarda müzakirə olunmur. Gizlilik baxımından əhəmiyyəti ilə tanınan masonların istifadə etdiyi bir çox fərqli simvol var. İllər əvvəl daha asan ünsiyyət qurmaq üçün istifadə edilən simvollar zamanla fiqurlara çevrilərək təşkilatı ifadə etməyə başlayıb.


Mason simvolları - Qartal, üçbucaq və göz, üç sütun...

Üç sütun - lojalarda tez-tez görünən üç sütun üzvlər üçün zəka, gözəllik və gücü təmsil edir.
Qartal  isə masonluğun ən yüksək dərəcəsini təmsil edir. Əhəmiyyətli mason simvollarından biridir.
Üçbucaq və göz - illuminatinin simvollarından olan üçbucaq və göz masonların gücünü simvollaşdırır. Bundan əlavə, üzvlərini daim nəzarətdə saxlayan bu göz, masonlara sirlərin saxlanmasının lazım olduğunu xatırladır.

Hər kəs mason ola bilər...

İstəyən hər kəs mason ola bilər. Yalnız masonluğun məqsəd və prinsiplərini mənimsəmək lazımdır. Təbii ki, bununla yanaşı, mason namizədin kifayət qədər güclü olub-olmaması da yoxlanılır. Masonlara görə güc pul deməkdir. Masonluğa yaşı 21-dən aşağı olanlar qəbul edilmir. Yaşı çox olan insanların da masonluğa qəbul edilməsinin çətin olduğu deyilir. Masonluğa müraciət edən şəxs öz istəyi ilə müraciət etməlidir. Şəxs bundan sonra masonluğa qəbul olmaq üçün insan ruhuna xitab etdiyi deyilən İnisiasiya Mərasimi adlanan ənənəvi mərasimdən keçməlidir. Həmçinin, məşhur inancın əksinə olaraq, üzv könüllü olaraq masonluğa qoşulduğu kimi masonluğu tərk etmək hüququna malikdir. Məlumat üçün qeyd edək ki, dünya tarixində Tələt Paşa, Corc Vaşinqton, Çörçill, Qaribaldi kimi məşhur masonların olduğu məlumdur. Hazırda təşkilatın təkcə İngiltərə, Şotlandiya və İrlandiyada 480 min, ABŞ-da 2 milyondan çox, dünyada isə 5 milyona yaxın üzvü var. 

Nəticədə, haqqında saysız-hesabsız xürafatların yayıldığı masonluq, düşünüldüyü kimi dünyaya hakim olmağı hədəfləmir. Əksinə, insanların rifahını əsas götürərək bu məqsədlə işləyir. Tarixinə baxdığımızda müxtəlif məlumatlar gördüyümüz masonluq haqqında ortaq nöqtə isə təşkilatın yüz illər əvvəl yarandığıdır. Edinburqdakı məkan isə 1599-cu ilə qədər uzanan tarixi ilə dünyanın hələ də istifadə edilə bilən ən qədim lojası kimi tanınır.

Semra Ələkbərli
 

Son xəbərlər

Bir-birinizə uyğun olub-olmadığınızı yoxlamağın 3 ƏSAS YOLU

İlham Əliyevin məktubu İsveç Baş Nazirinin Ofisinə təqdim edildi

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

"Barselona"nın düşərgəsində gərginlik: Xavi məşqi ləğv etdi

Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu - VİDEO

Bakıda ev qiymətinə sini satılır - FOTO

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq?

Meksikada da zəlzələ oldu

İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı

Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO

Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO

Rusiyada daşqınlar: suyun səviyyəsi 10 metrə çatdı

“iPhone 16 Pro”nun yaddaşı 2 dəfə artırılacaq

Qəzzada ölən uşaqların sayı açıqlandı

Boksçumuz Avropa çempionatına qələbə ilə başladı

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Abşeronda oğlan özünü yandırdı

May ayında pul içində üzəcək 3 bürc

Bütün xəbərlər