BAKU Azərbaycan
°C

ABŞ siyasətçiləri ilk dəfə Ermənistana silah satmaq imkanını nəzərdən keçirirlər. 

Bu barədə Amerika Erməni Milli Komitəsi (ANCA) sosial şəbəkə hesablarında məlumat yayıb. ANCA-dan bildirib: “1991-ci ildə Ermənistanın müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq amerikalı siyasətçilər silah satışını müzakirə edirlər. Konqresdəki hər iki partiya bunun üçün təyziq edib”.

Amerikanın son günlər Ermənistana yönəlik siyasətindəki məqsədləri Sfera.az-a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, ABŞ-ın fəallaşmasında əsas məqsəd Cənubi Qafqaz siyasətinə yenidən qayıtmaq və Qafqazda öz mövqeyini gücləndirmək, Rusiyanı bölgədən çıxartmaqdır:

Ukrayna “gülləsi” ilə 4-5 “dovşan” vurmaq niyyətindədirlər – Cümşüd Nuriyev  | Hafta.az

“ABŞ-ı Azərbaycan-Ermənistan sərhədi o qədər də maraqlandırmır. Lakin Amerika öz qoşunlarını Ermənistan-İran sərhəddinə yerləşdirmək istəyir. Azərbaycan buna razılıq vermədi, ABŞ-ın ölkəmizə qarşı kini məhz buradan doğur. Çünki qanunvericiliyimizdə də göstərilib ki, Azərbaycan ərazisində hansısa dövlətin hərbi hissələri olmayacaq. Bu qanun hüquqi qüvvəsini hələ də saxlayır. Ona görə də ABŞ indi Ermənistan kimi “kukla” bir dövləti hədəf seçib”.

ABŞ-ın Ermənistana silah satmasına gəlincə, C.Nuriyev vurğulayıb ki, Amerika Ermənistanın heç bir imkanı olmadığını çox gözəl başa düşür:

“Ermənistanın bütün silah arsenalı Rusiyanındır. ABŞ isə kredit şəklində və aşağı qiymətlə hazırda arsenalında önəmli yer tutmayan silahları Ermənistana verəcək. Məqsədləri isə əvəzində bu ölkəyə yerləşməkdir. Digər məqsəd isə budur: Artıq Ermənistanın əsas infrasturukturu Rusiya, Argentina, İran və Yunanıstan arasında bölünüb. ABŞ isə əlavə güc kimi Qafqaza daxil olmaq istəyir, Rusiyanı tamamilə zərərsizləşdirməyə çalışır. Bunun üçün də təkcə siyasi sahədə deyil, həm də iqtisadi cəhətdən rəsmi Moskvanı çökdürməlidir. İqtisadi çökdürməni də həyata keçirmək üçün Ermənistana silah verməklə bağlı addım atmağa məcburdur. ABŞ mövcud olan çoxqütblü təhlükəsizlik modelindən birqütblü idarə modelinə qayıtmaq istəyir”.

 

Politoloqun sözlərinə görə, ABŞ müəyyən mənada Azərbaycan daxilində də gərginlik yaratmağa çalışırlar:

 

“Türkiyə öz gücünü ortaya qoyduğu üçün Azərbaycan-Türkiyə birliyini zəiflətmək istəyirlər. Azərbaycan mediası bu məsələni gündəmdə saxlamalıdır. Oktyabrın birinci ön günlüyündə Azərbaycanda qarşıdurma yaratmaq istəyirlər. Elə bilirlər ki, 30 il öncə Azərbaycanda dövlət çevrilişləri etdilər və indi də edə biləcəklər. Ancaq başa düşmürlər ki, hakimiyyətdə İlham Əliyevdir. Yəni “dəmir yumruq” təkcə Ermənistan və onu dəstəkləyənlər yox, Azərbaycan daxilindəki “5-cü kolon”un da başına enəcək. Xalqımız bilməlidir ki, müəyyən qüvvələr ölkəmizi qarışdırmaqda maraqlıdırlar, bu, ancaq Ermənistanı dəstəkləyn “5-ci kalon”un işi ola bilər. ABŞ da öz maraqlarına uyğun hərəkət edir, 1 dollar qoyursa, 10 dollar götürəcək”.

Son xəbərlər

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

3 gün ərzində... - ƏHALİYƏ XƏBƏRDARLIQ

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

Sabah 30 dərəcə isti OLACAQ

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Bütün xəbərlər