BAKU Azərbaycan
°C

Ermənistanın baş naziri Nikol Paşinyanın dünən keçirdiyi mətbuat konfransında 44 günlük müharibədə itkin düşənlərlə bağlı açıqlaması tənqidlərlə qarşılanıb.

Paşinyan bildirib ki,  2022-ci il tarixli sentyabr döyüşlərində və 2020-ci ilin 44 günlük müharibəsi nəticəsində itkin düşmüş hesab edilən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ermənistan parlamentinin İnsan hüquqlarının müdafiəsi daimi komissiyasının sədri, bitərəf deputat Taquhi Tovmasyandan baş naziri məsələylə bağlı məsuliyyətsiz açıqlama verməkdə qınayıb.

Tovmasyan “Joğovurd” qəzetinə açıqlamasında deyib: “Ölkənin baş nazirinin belə vacib məsələylə bağlı məlumatlara malik olmaması və ya problemlə guya, məşğul olduğunu iddia etməsinə təəssüflənirəm”.


Deputatın sözlərinə görə, faktiki olaraq 44 günlük müharibə nəticəsində itkin düşmüş hesab edilən 200-ə yaxın şəxsin axtarışları 2022-ci ilin yanvarından dayandırılıb.

“Mən bu məsələni Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrilə dəfələrlə müzakirə etmişəm, həmçinin dünyanın insan haqları məsələləri ilə məşğul olan müxtəlif strukturlarına və mərkəzlərinə onlarla müraciət göndərmişəm.

Hələlik heç bir müsbət dəyişiklik yoxdur. Yaxşı olardı ki, ölkənin bir nömrəli rəsmisi mətbuat konfransına hazırlaşmazdan əvvəl müvafiq məlumatları dəqiqləşdirsin, qeyri-ciddi açıqlama verməsin”, - Taquhi Tovmasyan deyib.

Son xəbərlər

“Qarabağ Universitetinə rektor təyin olunmaq böyük fəxarətdir” – Şahin Bayramov 

Nazir Bayramova AĞIR İTKİ - FOTO

Seyfulla Əzimov Milli Məclisdə HESABAT VERDİ

Rüstəm Talışinskiyə yüksək VƏZİFƏ VERİLDİ

Qanunsuz mərc şirkətləri ilə mübarizənin 4 yolu

BMT-dən Zelenski ilə bağlı VACİB AÇIQLAMA: “Səlahiyyət müddəti bitsə də...” 

İbrahim Rəisinin üzüyü TAPILDI - VİDEO

Milli Məclisin iclası keçirilir - Gündəlikdə 11 məsələ var

Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edir

Sərdar Əsədova yüksək VƏZİFƏ VERİLDİ

Prezident İran səfirliyində oldu

Bu tarixdən bazarda UCUZLAŞMA OLACAQ - Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ!

“Bakı Kristal Zalı”na yeni direktor TƏYİN EDİLDİ

Prezident özbəkistanlı naziri QƏBUL ETDİ - FOTO

Səudiyyə Ərəbistanında ilk dəfə çimərlik geyimi nümayişi keçiriləcək - FOTOLAR

Bakının bu rayonlarında QAZ OLMAYCAQ

Rəisinin helikopteri niyə dağla uçub? – DETALLAR ŞOK EDİR

Hamiləlik zamanı stressə məruz qalmağın FƏSADLARI - Məlum olub ki...

Polşa ukraynalıların qəbulunu DAYANDIRDI: "Məcbur deyilik!"

ABŞ Nigeriyadan qoşunlarını çıxarmağa başladı

Bütün xəbərlər