BAKU Azərbaycan
°C

2022-ci il dekabrın 31-dən indiyədək Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus ümumilikdə 451 avtomobil maneəsiz şəkildə hərəkət edib.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşının əldə etdiyi məlumata görə, etirazların ilk günündə olduğu kimi, son 18 gündə də həmin maşınların toplanış yerində hərəkət etməsinə şərait yaradılıb.

Belə ki, həm minik, həm də yük maşınları Xankəndi-Laçın yolunun hər iki istiqamətinə keçid ediblər.

Onu da qeyd edək ki, indiyədək Xankəndidən Laçın istiqamətinə keçid edən beynəlxalq təşkilata məxsus avtomobillərin içərisində erməni ailələr də olublar. Həmin maşınlar geri qayıdanda isə nəqliyyat vasitələrinin yük yerində dərman preparatları və uşaq qidaları Xankəndi istiqamətinə aparılıb.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən başlayan etiraz aksiyası 37 gündür davam edir.

Son xəbərlər

Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi KEÇİRİLDİ

“Qarabağ Universitetinə rektor təyin olunmaq böyük fəxarətdir” – Şahin Bayramov 

Nazir Bayramova AĞIR İTKİ - FOTO

Seyfulla Əzimov Milli Məclisdə HESABAT VERDİ

Rüstəm Talışinskiyə yüksək VƏZİFƏ VERİLDİ

Qanunsuz mərc şirkətləri ilə mübarizənin 4 yolu

BMT-dən Zelenski ilə bağlı VACİB AÇIQLAMA: “Səlahiyyət müddəti bitsə də...” 

İbrahim Rəisinin üzüyü TAPILDI - VİDEO

Milli Məclisin iclası keçirilir - Gündəlikdə 11 məsələ var

Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edir

Sərdar Əsədova yüksək VƏZİFƏ VERİLDİ

Prezident İran səfirliyində oldu

Bu tarixdən bazarda UCUZLAŞMA OLACAQ - Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ!

“Bakı Kristal Zalı”na yeni direktor TƏYİN EDİLDİ

Prezident özbəkistanlı naziri QƏBUL ETDİ - FOTO

Səudiyyə Ərəbistanında ilk dəfə çimərlik geyimi nümayişi keçiriləcək - FOTOLAR

Bakının bu rayonlarında QAZ OLMAYCAQ

Rəisinin helikopteri niyə dağla uçub? – DETALLAR ŞOK EDİR

Hamiləlik zamanı stressə məruz qalmağın FƏSADLARI - Məlum olub ki...

Polşa ukraynalıların qəbulunu DAYANDIRDI: "Məcbur deyilik!"

Bütün xəbərlər