BAKU Azərbaycan
°C

Zaqatala sakinləri şəhərin ərazisindən axan Tala çayı üzərində yerləşən körpünün yararsız hala düşməsindən şikayətçidirlər.

Sakinlər bildiriblər ki, körpüdə baş verən qəzalara səbəb orada nasazlığın olmasıdır:

“Belə ki, təzə istifadəyə verilən körpüdə artıq çala əmələ gəlib. Nabələd sürücülər həmin çalaya düşməmək üçün qəfil əyləci basırlar və nəticədə arxadan gələn maşınlar toqquşmaya məruz qalır. Son günlər, həmçinin bu gün körpüdə baş verən qəza bu versiyanı təsdiqləyir. Ümid edirik ki, yol istismar idarəsi sakinlərin haqlı iradını nəzərə alacaq və bu problem aradan qaldırılacaq”.

Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-ın sorğusuna cavab olaraq sözügedən körpüdə problemin olmasını təsdiqləyib:

“Həqiqətən Tala çayı üzərində yerləşən körpüdə belə bir problem var. Artıq məsələnin həlli üçün aidiyyəti şöbəyə tapşırıq verildi və qısa müddət ərzində orada tədbirlər görüləcək”.

Qeyd edək ki, Tala çayı üzərində yerləşən körpü sonuncu dəfə 2017-ci ildə əsaslı şəkildə təmir olunub.

Son xəbərlər

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Ərdoğan CHP sədri ilə görüşdü

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Azərbaycanın U-17 millisi Belarusa uduzub

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Bu ərazilərdə qaz olmayacaq

Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb

“Instagram”da problem yarandı

Üç manat siqaret puluna görə əmisini öldürdü

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Azərbaycanın uğurlarının səbəbi bu imiş...

Mahir Emreli “Dinamo”dan gedir

Faiq Ağayev: “Biz sevgili olmamışıq”

Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO

Şəkidə itkin düşən qadının çaydan meyiti tapıldı - FOTO

ABŞ vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlanıb

Prezident quru sərhədlərin bağlı qalmasından danışdı

Əli Əsədov qərar imzaladı

Prezident: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

Bütün xəbərlər