BAKU Azərbaycan
°C

“Türkiyədə baş verən zəlzələ və afterşoklar böyük ehtimalla Azərbaycana təsir etməyəcək”.

Bunu "Report"a Kaliforniya Texnologiya İnstitutunun mühəndis seysmologiyası üzrə professoru Tomas Hiton deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda da eyni seysmik aktivliyin müşahidə olunması çox qeyri-adi olardı, çünki ölkə fevralın 6-da baş vermiş zəlzələnin episentrindən kifayət qədər uzaqda yerləşir.

Professor Türkiyədə baş verən son zəlzələnin əvvəlcədən proqnozlaşdırılmasının mümkün olmadığını bildirib: “Bu zəlzələni proqnozlaşdırmaq mümkün deyildi, hərçənd bilirəm ki, bəziləri zəlzələnin baş verəcəyini əvvəlcədən bildiklərini iddia edəcəklər.

Hitonun fikrincə, bu zəlzələlər Anadolu sınma sistemində, plitə çatının sərhədində baş verib: "Zəlzələlər klasterlər şəklində baş verir. Zəlzələlərin təxminən 5%-dən sonra daha böyük zəlzələlər olur".

T.Hiton bildirib ki, regionda böyük zəlzələnin baş verməsinə baxmayaraq, növbəti güclü zəlzələ ehtimalını da istisna etmək olmaz: 

"Təkrar təkanların tezliyi fərqli ola bilər, lakin onların orta tezliyi azalır. Belə ki, ikinci həftədə baş verən təkrar təkanların sayı adətən birinci həftə ilə müqayisədə 1/2 dəfə az olur. Yeraltı təkanlar illərlə davam edə bilər".

Seysmoloq  bu baxımdan kifayət qədər güclü yeraltı təkanlara tab gətirə bilən binaların tikintisi üsullarının öyrənilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ baş verib. Təbii fəlakət Türkiyənin 13,5 milyon insanın yaşadığı 10 vilayətini əhatə edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu vilayətlərdə fövqəladə vəziyyət elan edib və ölənlərin xatirəsinə ölkədə 7 günlük matəm elan olunub.

Son xəbərlər

Buraxılış imtahanının nəticələri açıqlandı

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı ARTDI

Məşhur müğənninin həbsinə səbəb olan GÖRÜNTÜLƏR - FOTO

"TikTok"dan istifadəçilərini narazı salacaq ADDIM - Artıq...

Putindən Xarkovla bağlı MÜHÜM AÇIQLAMA: "Bu gün..."

Lerikdə dağ uçdu, qaya parçaları yolu BAĞLADI

Aprelin 21-dəki buraxılış imtahanının nəticələri AÇIQLANDI

Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO

Gəncədə avtomobil qaçıran şəxs SAXLANILDI

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə GÖRÜŞDÜ

"Telefon, hesab və fərdi məlumatlarınız..." - Əhaliyə təhlükəsizliklə bağlı XƏBƏRDARLIQ!

Slovakiya Prezidenti sui-qəsdə uğrayan Baş nazirdən DANIŞDI: "Kritik saatlar..." 

Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı - FOTO

Azərbaycanda bu şəxslərə verilən müavinət DAYANDIRILDI - RƏSMİ

Latviya Parlamenti sədrinin Azərbaycana səfər tarixi MƏLUM OLDU

Britaniya Rusiyanın iki şirkətinə qarşı sanksiyalar TƏTBİQ ETDİ

"Qərb Rusiya ilə danışıqlara başlaması üçün Zelenskiyə təzyiqə hazırlaşır" - İDDİA

Tanınmış aparıcı AzTV-dən AYRILDI: "Çox çətindir, amma..." - FOTO

Millət vəkilləri bu tarixdə 11 məsələnin müzakirəsi üçün TOPLAŞACAQLAR 

Putin: "Rusiyanın Xarkovu tutmaq planı yoxdur"

Bütün xəbərlər