BAKU Azərbaycan
°C

"Bütün dini kitabları orta əsrlərin qalığı hesab edirəm. Allaha inanan adamam, deistəm. Hesab edirəm ki, Allah hər bir adamın içindədir və bir hər birimiz onun zərrəsiyik".

Gundem.az xəbər verir ki, bu sözləri aparıcı Kamran Həsənli "AStar" yutub layihəsində səsləndirib. O, insanla danışan vicdanın, məhz Allah olduğunu bildirib:

"Əgər o mənimlə danışırsa, mollaya, məscidə, kilsəyə, sinaqoqa nə ehtiyacım var? Özü danışır da mənimlə. Məbəd mənəm. Məni o yaradıb axı, kilsəni mən tikmişəm. Əgər mənimlə danışırsa, mən məbədəmsə, onda o kitablara nə ehtiyacım var? Dahi İmadəddin Nəsimi bunu demək istəyirdi".

K.Həsənli məscidlə kilsə arasındakı fərqi müqayisə edib:

"Girirəm kilsəyə, görürəm ki, mərmərdir, Mikelancelonun əsərləridir, yaxşı ətir gəlir, Baxın tokkatası səslənir, qadınlar da başlarını bağlayıb, sakit danışırlar. Ora Allahın ibadət yeridir, orada qıza baxma da. Bir yerdə gedə bilək, qoy öz arvadımla gedə bilim.

İndi bizim məscidə gəlirəm. Qadınlar ayrı, kişilər ayrı. Girən kimi deyirlər ki, ayaqqabını çıxart. Niyə axı çıxarım? Evdən dörd saatdır çıxmışam, corabda.... Çıxartdım ayaqqabını. İndi deyir ki, al bu zənbili, ayaqqıbını qoy içinə, oğurlayarlar. Deyirəm ki, burada? Deyir ki, hə, sənin ayaqqabın bir az təzədir, götürəcəklər. Təsəvvür edin, ayağımda corab, əlimdə zənbil məscidə girirəm. İndi kilsədəki halıma baxın… Yenə də deyirəm, din adamı deyiləm, Allaha inananam, fərqi göstərirəm. Məscid, kilsə, sinaqoq olmalıdır, amma bu işlərin reformaya (islahata-red.) ehtiyacı var".

Son xəbərlər

"Mənim bir evim olacaq, o da məzar" - Azərbaycanlı aktrisa çətin vəziyyətdədir - FOTOlar

"Barselona" bu futbolçuları buraxmaq istəmir

Qərbi Azərbaycana qayıdış: Əliyev İrəvana şərtini elan etdi

Məşhur aktyor ata oldu

Baydenin oğluna ÖLÜM TƏHDİDİ: "Atam bu ağrıya dözə bilməyəcək"

11 milyardlıq sərvətini vermək üçün bağbanı övladlığa götürür

Gəncədə 34 yaşlı qadının asılmış meyiti tapıldı

Oğuzda avtomobil aşdı: yaralılar var

Gəncədə toy QANA BOYANDI: yaralılar var

İsrail "Hizbullah"ın əməliyyat mərkəzini vurdu

Saray yolunda ağır qəza: ölən var - VİDEO

Nazpərinin sabiq nazirlə rəqsi gündəm oldu - VİDEO

Neftçalada məktəbdə yanğın oldu

Sakinlər şok mesaj aldı: -380 dərəcə şaxta...

BƏƏ lideri İlham Əliyevə zəng etdi

7 il idi belə uğursuzluq yaşamırdılar

Müəllimlərə ŞAD XƏBƏR: vəzifə maaşları artırıldı - FOTO

Tullantıları tutumlardan kənara atan şəxslər aşkarlandı

Kübra Əliyeva bahaçılıqdan şikayətləndi

"WhatsApp"da YENİ MƏHDUDİYYƏT: söhbətlər və media fayllar...

Bütün xəbərlər