BAKU Azərbaycan
°C

Naxçıvanda polis tərəfindən saxlanılan şəxsin döyüldüyü iddia olunub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, bir neçə gün öncə Naxçıvan MR-in Daxili İşlər Nazirliyinin feysbuk səhifəsində psixotrop maddələrin dövriyyəsində şübhəli bilinərək saxlanılan Vidadi İbrahimovun şəkli paylaşılıb. Şəkildə təqsirləndirilən şəxsin üzündə xəsarət izləri olduğu görünüb. Foto izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Babək rayon sakini Vidadi İbrahimovun yaxınları onun günahsız olduğunu, saxlanılarkən polislər tərəfindən döyüldüyünü, işgəncəyə məruz qaldığını iddia edib. Onlar V.İbrahimovun qaşının və burnunun üstündə, gözünün ətraflarında döyülmə əlamətlərinin olduğunu və nazirliyin paylaşdığı şəkildə bunun aydın şəkildə göründüyünü bildirib.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev isə iddiaları təkzib edib: “Vidadi İbrahimov narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq istintaqa cəlb edilib. Onun üzərindən 5.137 qram olan psixotrop maddə-metamfetamin aşkar olunaraq götürülüb.

Onun üz nahiyəsində olan xəsarət polis orqanında olmayıb. Bununla bağlı istintaq materiallarında müvafiq qeydlər var. İddialar şəxsi mülahizələrdir”.

Son xəbərlər

Buraxılış imtahanının nəticələri açıqlandı

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı ARTDI

Məşhur müğənninin həbsinə səbəb olan GÖRÜNTÜLƏR - FOTO

"TikTok"dan istifadəçilərini narazı salacaq ADDIM - Artıq...

Putindən Xarkovla bağlı MÜHÜM AÇIQLAMA: "Bu gün..."

Lerikdə dağ uçdu, qaya parçaları yolu BAĞLADI

Aprelin 21-dəki buraxılış imtahanının nəticələri AÇIQLANDI

Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO

Gəncədə avtomobil qaçıran şəxs SAXLANILDI

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə GÖRÜŞDÜ

"Telefon, hesab və fərdi məlumatlarınız..." - Əhaliyə təhlükəsizliklə bağlı XƏBƏRDARLIQ!

Slovakiya Prezidenti sui-qəsdə uğrayan Baş nazirdən DANIŞDI: "Kritik saatlar..." 

Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı - FOTO

Azərbaycanda bu şəxslərə verilən müavinət DAYANDIRILDI - RƏSMİ

Latviya Parlamenti sədrinin Azərbaycana səfər tarixi MƏLUM OLDU

Britaniya Rusiyanın iki şirkətinə qarşı sanksiyalar TƏTBİQ ETDİ

"Qərb Rusiya ilə danışıqlara başlaması üçün Zelenskiyə təzyiqə hazırlaşır" - İDDİA

Tanınmış aparıcı AzTV-dən AYRILDI: "Çox çətindir, amma..." - FOTO

Millət vəkilləri bu tarixdə 11 məsələnin müzakirəsi üçün TOPLAŞACAQLAR 

Putin: "Rusiyanın Xarkovu tutmaq planı yoxdur"

Bütün xəbərlər