BAKU Azərbaycan
°C

“Fevralın 14-də telefona, şəhidimin adına bir mesaj gəldi. Baxdım, oxudum, gözlərimə inanmadım. Mesajda deyilirdi ki, “Hörmətli Mahmudov Etibar Aleksandr oğlu, fərdi məşğulluq proqramının tərtib və əldə edilməsi üçün 5 iş günü müddətində Regionl məşğulluq filiallarına və ya xidmət şöbələrinə yaxınlaşmağınız xahiş olunur. Əks halda işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılacaqsınız”. 

Gundem.az xəbər verir ki, bu sözləri Etikxeber.az-a İkinci Vətən Müharibəsi Şəhidi Etibar Aleksandr oğlu Mahmudovun anası Əsmayə Mahmudova deyib. Mingəçevir sakini olan Əsmayə xanım deyir ki, 2 il 3 ay öncə şəhid olan oğlunun nömrəsini öz telefonunda istifadə edir. Mesaj da elə bu nömrəyə gəlib: "Mənim övladım şəhid olub, bunların heçmi dünyadan xəbərləri yoxdur? Bu qədər məsuliyyətsizlik, bu qədər vicdansızlıq olarmı? Şəhidin ruhuna edilmiş hörmətsizlik aradan qaldırılsın, şəhidin ruhundan və məndən üzr istənilsin!”

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində​ Dövlət Məşğulluq Xidmətinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən mövzu ilə bağlı saytımıza belə açıqlama verildi: “Şəhidimiz Etibar Mahmudovun vaxtilə istifadə etdiyi, hazırda da adına aktiv olan telefon nömrəsinə göndərilmiş SMS-lə bağlı Dövlət Məşğulluq Agentliyinin əməkdaşları şəhidimizin anası Əsmayə Mahmudova ilə görüşüblər. Şəhid ailələrinə daim hörmət və qayğı ilə yanaşıldığı bildirilib, baş vermiş texniki yanlışlıqla bağlı izahat verilib”.

Qeyd edək ki, Etibar Mahmudov 8 noyabr 2020-ci ildə  Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub. Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Şəhid ölümündən sonra "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə",  "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalı ilə təltif olunub.

 

Qafqazinfo

Son xəbərlər

"Bandotdel"dən Bakı və rayonlarda ƏMƏLİYYAT: Saxlanılanlar var - ADLAR

Suriya Prezidentinin həyat yoldaşına leykoz diaqnozu QOYULDU

Əhali hələ də bu yolla ALDADILIR: "Hamısı eyni üsulla..." - RƏSMİ AÇIQLAMA

"Azərbaycan “müasir köləlik” adlanan bu bəlaya qarşı sərt iradə ortaya qoyub" - Zahid Oruc

Ermənistanın hakim partiyası: "Nikol Paşinyanın mümkün istefası müzakirə edilmir"

Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi KEÇİRİLDİ

“Qarabağ Universitetinə rektor təyin olunmaq böyük fəxarətdir” – Şahin Bayramov 

Nazir Bayramova AĞIR İTKİ - FOTO

Seyfulla Əzimov Milli Məclisdə HESABAT VERDİ

Rüstəm Talışinskiyə yüksək VƏZİFƏ VERİLDİ

Qanunsuz mərc şirkətləri ilə mübarizənin 4 yolu

BMT-dən Zelenski ilə bağlı VACİB AÇIQLAMA: “Səlahiyyət müddəti bitsə də...” 

İbrahim Rəisinin üzüyü TAPILDI - VİDEO

Milli Məclisin iclası keçirilir - Gündəlikdə 11 məsələ var

Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edir

Sərdar Əsədova yüksək VƏZİFƏ VERİLDİ

Prezident İran səfirliyində oldu

Bu tarixdən bazarda UCUZLAŞMA OLACAQ - Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ!

“Bakı Kristal Zalı”na yeni direktor TƏYİN EDİLDİ

Prezident özbəkistanlı naziri QƏBUL ETDİ - FOTO

Bütün xəbərlər