BAKU Azərbaycan
°C

“Bir ay sonra qardaş Türkiyədə seçki baş tutacaq. Türkiyə vətəndaşları öz prezidentlərini və millət vəkillərini seçəcəklər. Bu seçki son 100 ilin ən vacib secimlərindən hesab olunur. 2023-cü ildə Türkiyə vətəndaşlarının seçimi uzun illər üçün qardaş dövlətin strategiyasını müəyyənləşdirəcək”.

Gundem.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, təbii ki, seçmək hüququ Türkiyə vətəndaşlarındadır:

“İnanırıq ki, qardaş dövlətin vətəndaşları öz doğru seçimləri ilə ölkələrinin inkişafını dəstəkləyəcəklər. Türkiyə Azərbaycanın haqq işinə hər zaman dəstək verən ölkələrdəndir. İstər Vətən müharibəsində, istərsə də Qarabağ və Şərqi Zəngəzurda quruculuq prosesində Türkiyənin dəstəyi hər zaman hiss edilib. İşğaldan azad olunan ərazilərimizdəki hər iki beynəlxalq hava limanlarının açılışında, Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlqoyma mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı və eləcə müttəfiqlik bəyannaməsinin Şuşada imzalanması da bunları təsdiq edir”.

Vüqar Bayramov bildirib ki, son illər qardaş ölkə iqtisadiyyatında müşahidə edilən volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya rəğmən Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb:

“2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, xarici şoklar olmazsa bu il Türkiyə trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq.

Digər tərəfdən, Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir. Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab olunur".

Deputat qeyd edib ki, Türkiyədə seçkininin nəticələri region üçün də əhəmiyyətlidir: "İnanırıq ki, nəticələr mövcud düzənin möhkəmlənməsinə xidmət edəcək”.

Son xəbərlər

5 mayda keçirilən imtahanların nəticələri AÇIQLANDI 

İranın Dini Ekspertlər Şurasına yeni sədr SEÇİLDİ

Bu qida "Viagra"dan daha TƏSİRLİDİR - Həftədə ən azı...

İran lideri mərhum prezident Rəisinin cənazəsi üzərində dua oxuyacaq

Əli Əsədovdan qərar - MÜHÜM DƏYİŞİKLİK

Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu TƏBRİK ETDİ

Tərtərdə heyvan otaran şəxs minaya düşərək ÖLDÜ

Dünya Təhsil Forumunda ikitərəfli görüşlər KEÇİRİLDİ - FOTO

Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ - XƏBƏRDARLIQ!

“İran ABŞ-dən yardım istəyib, lakin Vaşinqton…” – Helikopter qəzasının daha bir TƏFƏRRÜATI

İranda prezident seçkilərinin tarixi TƏSDİQLƏNDİ

Dövlət Agentliyi üzrə alınması tələb olunmayan icazələrin siyahısı TƏSDİQ EDİLDİ

Paşinyan ABŞ kəşfiyyat idarəsinin direktor müavini ilə GÖRÜŞDÜ

Toni Kroos karyerasını başa vurur

Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Xalq artistinin xanımı xəstəxanaya YERLƏŞDİRİLDİ: Durumu ağırdır - FOTO

Həssas, təmkinli, intellektual... - Ən mərhəmətli BÜRCLƏR

Qızılın qiyməti 80 dollara ÇATIR

Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ

Azərbaycanda maaşlar 100 manata qədər ARTDI

Bütün xəbərlər