BAKU Azərbaycan
°C

“Quru sərhədlərinin açılması məsələsi hazırda ən çox müzakirə edilən məsələlərdəndir”.

Bu barədə fikir bidirən Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, Azərbaycanda quru sərhədlərin bağlanması birbaşa pandemiya ilə əlaqədar idi.

Deputatın sözlərinə görə, artıq karantin rejimi ilə bağlı əsas məhdudiyyətlər aradan qaldırılıb:

“Buna görə də, Operativ Qərargah tərəfindən, xüsusən qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq gələn aydan quru sərhədlərin mərhələli şəkildə açılması ilə bağlı qərar qəbul edilməsi məqsədəuyğun olardı. Əksər region ölkələrində, o cümlədən, qardaş Türkiyə və qonşu Gürcüstanda epidemioloji vəziyyət nəzarət ediləcək həddədir. Artıq Türkiyə ilə quru sərhədlər açılıb, amma yalnız Naxçıvanda qeydiyyatda olan vətəndaşlarımız gedə bilər”.

Parlamentari təklif edib ki, Gürcüstan və Türkiyə ilə mərhələli şəkildə quru sərhədlərin tam açılması ilə bağlı qərar verilsin: “Təbii ki, daha sonra digər qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq həmin ölkələrlə quru sərhədlərin açılması məsələsi müzakirə oluna bilər. Lakin Türkiyə və Gürcüstanla Azərbaycanın strateji əməkdaşlığının olduğunu, yoluxma sayını nəzərə alsaq, hər iki ölkə ilə mərhələli şəkildə daha qısa zamanda quru sərhədlərin açılması məqsədəuyğun olardı.

Təbii ki, quru sərhədlərin açıq olması iqtisadi baxımdan vacibdir. Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Xüsusən nəzərə alsaq ki, Azərbaycana gələn turistlərin təxminən 70 faizi Azərbaycanla quru sərhədi olan ölkələrdən gəlir. Bu eyni zamanda, Azərbaycan vətəndaşları üçün daha asan qonşu ölkələrə səfər imkanları baxımdan da vacibdir. Ona görə quru sərhədlərin açılması iqtisadi baxımından da əhəmiyyətlidir. 2023-cü ildə regionda və qlobal olaraq epidemioloji vəziyyətin yumşalması Azərbaycanda da quru sərhədlərin açılmasını daha da aktuallaşdırıb”.

Son xəbərlər

Azərbaycanda polis bu qızı axtarır -FOTO

İmtahana gedən vətəndaşlar belə adadılır - Ekspertdən ÇAĞIRIŞ

Nigar Camalın qızı çempion oldu

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

İxtisas imtahanlarında iştirak üçün ödənişin məbləği müəyyən edilib

"Bu, müharibədə birbaşa iştirak deməkdir" - Boris Pistorius

Avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO

Bakıya gələn əcnəbiləri ABŞ-yə aparmaq adı ilə ALDATDI - FOTO 

Azərbaycanın ən böyük heyvandarlıq rayonları hansılardır? - ADLAR

Ceyhun Bayramovla Əli Baqeri Kani arasında telefon danışığı OLDU

Milli Məclisin növbəti plenar iclasının gündəliyi AÇIQLANDI

Allahşükür Paşazadə İranın Azərbaycandakı səfirliyində OLDU

Məşhur aktrisa sevgilisindən AYRILDI - FOTO

5 mayda keçirilən imtahanların nəticələri AÇIQLANDI 

İranın Dini Ekspertlər Şurasına yeni sədr SEÇİLDİ

Bu qida "Viagra"dan daha TƏSİRLİDİR - Həftədə ən azı...

İran lideri mərhum prezident Rəisinin cənazəsi üzərində dua oxuyacaq

Əli Əsədovdan qərar - MÜHÜM DƏYİŞİKLİK

Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu TƏBRİK ETDİ

Tərtərdə heyvan otaran şəxs minaya düşərək ÖLDÜ

Bütün xəbərlər