BAKU Azərbaycan
°C

Son günlər İran rejimi Azərbaycanla gərginliyin azalmasına dair təəssürat yaratmağa çalışır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında baş tutan 3 telefon danışığı da bunu deməyə əsas verir.

Abdullahian azərbaycanlı həmkarı ilə telefon danışıqlarını ümumi olaraq iki ölkə arasında gərginliyi azaltmağa yönəlmiş müsbət hadisə adlandırıb. Aydın məsələdir ki, İran Azərbaycanı hədə-qorxu və ya təhdid ritorikası ilə qorxuda bilmədiyini anlayır və buna görə də gərginliyi azaltmaq üçün təmaslar qurur.

Tehranın geri addım atmasının başqa səbəbi də şübhəsiz Bakı ilə gərginlik fonunda Güney Azərbaycanda artan narazılıq, Azərbaycan-İsrail yaxınlaşması və regionun iki aparıcı gücü Türkiyə və Rusiyanın İrana soyuq münasibətidir.

İran-Azərbaycan gərginliyi fonunda ABŞ-nin da Azərbaycanla təmaslar qurması Tehranı narahat edir. İran Azərbaycanla gərginliyi siyasi və diplomatik müstəvidə azaltmağa çalışsa da bu, sadəcə gözdən pərdə asmaqdır. Bunu aprelin 15-də İranda hökumətin təşkil etdiyi “Qüds günü” aksiyaları fonunda da görmək olar.

Məsələ ondadır ki, aksiya zamanı Azərbaycan Respublikasına qarşı plakatlar qaldırılıb. “Qüdsə gedən yol Bakıdan keçir” məzmunlu plakatlar isə xüsusi diqqət çəkir. Maraqlıdır ki, bu, İranın keçmiş ali dini lideri Ruhullah Xomeyninin İranda hakimiyyətə gələndən sonra dediyi "Qüdsün yolu Kərbəladan keçir" şüarının yeni formasıdır.

Aydın məsələdir ki, Xomeyni bu şüarla İsrailin məhv olması və Qüdsün alınması üçün ilk növbədə İraqın Kərbəla şəhərini almağın vacibliyini bildirirdi. Eyni məntiqlə yanaşsaq, şüardan çıxan məna odur ki, İsrailin məhv olması və Qüdsün alınması üçün ilk növbədə Bakı zəbt olunmalıdır.

Əslində molla rejimi bütün bu əməlləri ilə özü-özünü ifşa edir:

Birincisi, rejimin ideoloqları hər vəchlə “Qüds günü”nü coğrafi, geopolitik bir gün kimi yox, islami bir gün kimi qəbul etdirməyə çalışır. Lakin hökumətin təşkil etdiyi aksiyalarda səslənən şüarlar büsbütün siyasidir. "Qüdsə gedən yol Bakıdan keçir" şüarı buna ən yaxşı nümunədir.

İkincisi, "Qüds günü" təbliğata görə dünyada bütün islam torpaqlarının işğalına yox demə günüdür. Bu məntiqlə yanaşdıqda "Qüds günü" həm də Qarabağ-Zəngəzur günüdür. İran isə Qarabağın 27 il ərzində erməni işğalında qalmasına səsini çıxartmadığı kimi bu gün də Zəngəzur ilə bağlı qırmızı cizgi ritorikasından istifadə edir.

Nəticə etibarilə İranda hökumətin təşkil etdiyi "Qüds günü" aksiyası və bu aksiyada səslənən şüarlar Azərbaycanla gərginliyi azaltmaq siyasətinin gözdən pərdə asmaq olduğunu bir daha sübut etdi.

Müəllif: Politoloq Turan Rzayev

Son xəbərlər

Azərbaycanda polis bu qızı axtarır -FOTO

İmtahana gedən vətəndaşlar belə adadılır - Ekspertdən ÇAĞIRIŞ

Nigar Camalın qızı çempion oldu

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

İxtisas imtahanlarında iştirak üçün ödənişin məbləği müəyyən edilib

"Bu, müharibədə birbaşa iştirak deməkdir" - Boris Pistorius

Avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO

Bakıya gələn əcnəbiləri ABŞ-yə aparmaq adı ilə ALDATDI - FOTO 

Azərbaycanın ən böyük heyvandarlıq rayonları hansılardır? - ADLAR

Ceyhun Bayramovla Əli Baqeri Kani arasında telefon danışığı OLDU

Milli Məclisin növbəti plenar iclasının gündəliyi AÇIQLANDI

Allahşükür Paşazadə İranın Azərbaycandakı səfirliyində OLDU

Məşhur aktrisa sevgilisindən AYRILDI - FOTO

5 mayda keçirilən imtahanların nəticələri AÇIQLANDI 

İranın Dini Ekspertlər Şurasına yeni sədr SEÇİLDİ

Bu qida "Viagra"dan daha TƏSİRLİDİR - Həftədə ən azı...

İran lideri mərhum prezident Rəisinin cənazəsi üzərində dua oxuyacaq

Əli Əsədovdan qərar - MÜHÜM DƏYİŞİKLİK

Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu TƏBRİK ETDİ

Tərtərdə heyvan otaran şəxs minaya düşərək ÖLDÜ

Bütün xəbərlər