Aktual
22.05.2023 / 16:00
239
ABŞ Əhməd Obalıya hücumu ört-basdır edəcək?
Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran Çikaqo şəhərində yaşayan GunAzTV-nin rəhbəri Əhməd Obalıya qarşı hücuma münasibət bildirib.
Gundem.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.
“ABŞ hakimiyyəti Əhməd Obalıya hücumu terror aktı kimi araşdıracaq, yoxsa, ört-basdır edəcək?”, - o vurğulayıb.
Qeyd edək ki, Əhməd Obalı və oğlu Dəniz ABŞ-da döyülüb. Hadisə onun Azərbaycandan Amerikaya qayıtmasından sonra baş tutub. Əhməd Obalının yaxınları onun ən ağır durumda dediyi bir neçə dəqiqəlik ifadəni lentə alıblar:
"Bu günə qədər alnıaçıq yaşadım, Vətən və millət yolunda fəaliyyət göstərdim. Hər zaman fikirlərimi açıq şəkildə bildirdim. 2 gün əvvəl isə hücuma məruz qaldım".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay