BAKU Azərbaycan
°C

“Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə “Badamlı Mineral Sular” MMC-də işləyən əməkdaşların maaşının azaldılması barədə yayılan xəbərlərin heç bir əsası yoxdur. Bu tip məlumatlar böhtan və iftiradan başqa bir şey deyil”.  

Gundem.az xəbər verir ki, bu sözləri “Badamlı Mineral Sular” MMC-nin rəhbəri Simral Axundov deyib. 

S.Axundov bildirib ki, yayılan xəbərdə adı keçən Y.Camalov uzun illərdir ki, müəssisədə çalışır və onun maaşı saxta məlumatda göstərildiyi kimi 650 AZN yox, 840 AZN-dir və yeni dəyişikliklərdən sonra onun maaşı azaldılmaq əvəzinə artırılaraq 950 AZN-ə qaldırılıb.  

“Təkcə bu fakt onu deməyə əsas verir ki, ortaya atılan iddia cəfəngiyyatdır, bunu müəsisəyə və onun kollektivinə qarşı qərəz, məqsədli şəkildə gözdənsalma kampaniyası olaraq dəyərləndiririk”. 

Müəssisə rəhbərinin sözlərinə görə, nəinki Y.Camalovun, bütün kollektivin maaşları artırılıb: 

“Müəssisənin fəaliyyəti tam şəffaf şəkildə təmin olunub, hər hansı qanuna zidd davranışdan və ya fəaliyyətdən söhbət gedə bilməz. Bütün maaşlar, dediyim kimi, artırılıb və rəsmi qaydada ödənilir.  

Odur ki, hörmətli media orqanlarından bu kimi xəbərləri yayarkən heç bir hüquqi təməli olmayan hər hansı sosial şəbəkə istifadəçisinin şayiələrinə istinad etməməyi, media qanunvericiliyinə və media etikasına uyğun olaraq, “Badamlı Mineral Sular” MMC-nin fəaliyyəti ilə bağlı hər hansı xəbəri yayımlamazdan əvvəl müəssisə ilə dəqiqləşdirməyi xahiş edirəm”. 

Son xəbərlər

Satıcının fəndi oğruları peşman etdi - VİDEO

Qlobal istiləşmə güclənir: Riskli olan ölkələr bunlardır

Zəncirvari qəza: 2 ölü, 20 yaralı

Taksi fəaliyyəti ilə bağlı QAYDA

Röya dünya çempionatının açılışında - VİDEO

Dünya çempionatının ilk qalibləri bəlli olub

Gecələr ayaq altı yanırsa - Səbəbi

“Barbie” Aygün Kazımova... - FOTO

Simsiz qulaqlıqların TƏHLÜKƏSİ: Yanır və partlayır

Biləsuvarda yeni qurum yaradıldı: ərazi zibillərdən təmizlənir

Şolts Ərdoğanı Almaniyaya səfərə dəvət etdi

Türkiyədəki seçkilərin yekun nəticələri bu tarixdə elan ediləcək

Cibində 7 qumbara ilə gəzən şəxs SAXLANILDI

Putin və Ərdoğan telefonla danışdı

Mehriban Əliyevaya Fəxri Qara kəmər təqdim edildi

Qayıq batdı - 50 nəfər itkin düşdü

Laçının möhtəşəm gecə görüntüsü - VİDEO

Tovuzda avtomobil yandı - Xəsarət alan var

Yollarda görmə məsafəsi məhdudlaşacaq

Ronaldo yenidən milliyə dəvət aldı

Bütün xəbərlər