BAKU Azərbaycan
°C

“Piri babanın nağılını danışırlar - qışda qar, yayda cəhənnəm istisi, payızda yağış-leysan olacaq. Cəlal Şengör desin görək, zəlzələ hansı tarixdə olacaq. Zəlzələnin proqnozunu verən idinsə, Kahramanmaraşda insanları təxliyə edərdin. Gəlib mütəxəssislərin qarşısında proqnoz versin, ona sual verim, zəlzələni hansı parametrlərlə və nə zaman olacağını söyləsin”.

Gundem.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bir müddət öncə Bakıda səfərdə ikən Azərbaycanda 7.5 bal gücündə zəlzələ olacağını deyən türkiyəli məşhur geoloq Cəlal Şengörün fikirlərinə münasibət bildirərəkən deyib.

Yetirmişli qeyd edib ki, Alp dağlarından tutmuş Himalay dağlarına qədər böyük bir seysmik qurşaq keçir. Gürcüstan, Ermənistan, İran, Türkiyə seysmik bölgədir və bu ərazilərdə zəlzələdə olmalıdır: “Azərbaycanın elə nöqtəsi varmı ki, orda yeraltı təkan baş verməsin? Əlbəttə, ölkəmiz aktiv bölgədir, hər gün hiss olunmayan zəlzələlər baş verir.

Özlərini tanıtmaqdan, şou yaratmaqdan ötəri populist çıxışlar edirlər. Dünyanın hər yerində o cür "professorlar" var. Boğazından yapışıb soruşmaq lazımdır ki, proqnoz verirsən, dəqiq günlərini göstər, biz də əhalini təxliyə edək. Türkiyədə 30 seysmoloq tanıyıram, Cəlal Şengör adında birini eşitməmişəm. Geoloqdursa, çəkic götürsün, çuxur qazsın, sonra versin laboratoriyaya... Ay geoloq, sənin zəlzələ ilə nə işin var? İstanbuldan gəlmir, istəyir Aydan gəlsin, amma sübut eləsin”.

Xatırladaq ki, Cəlal Şengör İspaniyadan başlayıb Çinə qədər uzanan bu ərazilər seysmik aktiv zonalar olduğunu və ona görə də Azərbaycanda hər an zəlzələ ola biləcəyini bildirib: “Zəlzələnin maqnitudasının isə 7.5 bala qədər olma ehtimalı var”.

Son xəbərlər

"Maşın alverçiləri təzyiq görürəm bəhanəsi ilə xaricə gedib oradan təhqirlər edirlər" - Deputat

Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyevlə vida mərasimi KEÇİRİLİR

İran Prezidentinin qəzaya düşmə anı - ANBAAN VİDEO

Rumıniya prezidenti Zelenski ilə GÖRÜŞDÜ

Bu ölkələr Rəisiyə görə matəm ELAN ETDİ - SİYAHI

"Onlara ən ağır cəza verilməlidir" - Millət vəkili

İranın Azərbaycandakı səfirinin səlahiyyətlərini o İCRA EDƏCƏK

Sabah yağış yağacaq - PROQNOZ

"Bandotdel"dən Bakı və rayonlarda ƏMƏLİYYAT: Saxlanılanlar var - ADLAR

Suriya Prezidentinin həyat yoldaşına leykoz diaqnozu QOYULDU

Əhali hələ də bu yolla ALDADILIR: "Hamısı eyni üsulla..." - RƏSMİ AÇIQLAMA

"Azərbaycan “müasir köləlik” adlanan bu bəlaya qarşı sərt iradə ortaya qoyub" - Zahid Oruc

Ermənistanın hakim partiyası: "Nikol Paşinyanın mümkün istefası müzakirə edilmir"

Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi KEÇİRİLDİ

“Qarabağ Universitetinə rektor təyin olunmaq böyük fəxarətdir” – Şahin Bayramov 

Nazir Bayramova AĞIR İTKİ - FOTO

Seyfulla Əzimov Milli Məclisdə HESABAT VERDİ

Rüstəm Talışinskiyə yüksək VƏZİFƏ VERİLDİ

Qanunsuz mərc şirkətləri ilə mübarizənin 4 yolu

BMT-dən Zelenski ilə bağlı VACİB AÇIQLAMA: “Səlahiyyət müddəti bitsə də...” 

Bütün xəbərlər