BAKU Azərbaycan
°C

Yerli vətəndaşların bölgələrimizə səfəri əsasən yay mövsümündə daha çox müşahidə olunur.

İnsanları özünə cəlb edən yerlərdən biri də Qarabağın gözü olan Şuşa şəhəridir. Ötən il yanvar ayından etibarən Şuşaya avtobus reysləri təşkil olunur.

Yay mövsümündə tələbatın çox olduğunu nəzərə alaraq Şuşaya avtobus reyslərinin artırılması nəzərdə tutulurmu?

Məsələ ilə bağlı “Trend”in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildiriblər ki, marşrutlar mütəmadi olaraq təhlil edilir, tələbat və bilet satışı dinamikası nəzərə alınaraq avtobusların hərəkət cədvəllərində dəyişikliklər edilir.

“İyun ayı üçün biletlər artıq satışa çıxarılıb. Tələbat artarsa, reyslərin sayının artırılmasına baxıla bilər”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Bakı-Şuşa və Əhmədbəyli-Şuşa-Əhmədbəyli müntəzəm avtobus reysinə iyun ayına olan biletlərin hamısı satılıb.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib. Aprel ayında isə Tərtər rayonunun Talış kəndində məskunlaşan əhalinin nəqliyyat xidmətlərinə olan tələbatlarını ödəmək üçün marşrut açılıb. İlk mərhələdə marşrut “Şıxarx” qaçqın şəhərciyindən başlamaqla Talış kəndi istiqamətində Tərtər şəhərinin mərkəzi bazarı, Avtovağzal, Seydimli, Çaylı və Suqovuşan kəndləri aralıq dayanacaqlarından keçməklə təşkil olunub. Hazırda sərnişinlərə bir kiçiktutumlu nəqliyyat vasitəsilə xidmət göstərilir və gün ərzində 2 reys həyata keçirilir.

Son xəbərlər

Azərbaycanda polis bu qızı axtarır -FOTO

İmtahana gedən vətəndaşlar belə adadılır - Ekspertdən ÇAĞIRIŞ

Nigar Camalın qızı çempion oldu

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

İxtisas imtahanlarında iştirak üçün ödənişin məbləği müəyyən edilib

"Bu, müharibədə birbaşa iştirak deməkdir" - Boris Pistorius

Avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO

Bakıya gələn əcnəbiləri ABŞ-yə aparmaq adı ilə ALDATDI - FOTO 

Azərbaycanın ən böyük heyvandarlıq rayonları hansılardır? - ADLAR

Ceyhun Bayramovla Əli Baqeri Kani arasında telefon danışığı OLDU

Milli Məclisin növbəti plenar iclasının gündəliyi AÇIQLANDI

Allahşükür Paşazadə İranın Azərbaycandakı səfirliyində OLDU

Məşhur aktrisa sevgilisindən AYRILDI - FOTO

5 mayda keçirilən imtahanların nəticələri AÇIQLANDI 

İranın Dini Ekspertlər Şurasına yeni sədr SEÇİLDİ

Bu qida "Viagra"dan daha TƏSİRLİDİR - Həftədə ən azı...

İran lideri mərhum prezident Rəisinin cənazəsi üzərində dua oxuyacaq

Əli Əsədovdan qərar - MÜHÜM DƏYİŞİKLİK

Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu TƏBRİK ETDİ

Tərtərdə heyvan otaran şəxs minaya düşərək ÖLDÜ

Bütün xəbərlər