BAKU Azərbaycan
°C

2,5 milyon manatlıq dələduzluqda ittiham edilən keçmiş polis əməkdaşı Elvin Həşimlinin bəraət alması ilə bağlı qərardan verilmiş kassasiya protestinə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, Ali Məhkəmə prokurorun protestini əsaslı sayıb.

Məhkəmə belə qənaətə gəlib ki, Elvin Həşimli ilə bağlı bəraət qərarı işin faktiki halları ilə uyğun gəlmir. Bu əsasla Bakı Apellyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən araşdırılması üçün baxışa təyin olunub.

Qeyd edək ki, Elvin Həşimli xüsusilə külli miqdarda dələduzluqda ittiham olunub. İttihama görə, Elvin Həşimli zərərçəkmiş Möhkəm Səmədova biznes qurmaq adı ilə yalan vədlər verərək, onun 2,5 milyon manatını dələduzluq yolu ilə ələ keçirib. Cinayət işi Bakı Ağır Məhkəməsində araşdırılıb. Hökmə əsasən Elvin Həşimlinin təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib. Bakı Apellyasiya Məhkəməsi hökmdən verilmiş protesti təmin etməyib.

Elvin Həşimli əvvəllər Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyatçı işləyib. Sonradan daxili işlər orqanlarından xaric edilib. O, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sabiq rəisi Elçin Həşimlinin oğlu, YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyevin kürəkənidir.

Son xəbərlər

Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu TƏBRİK ETDİ

Tərtərdə heyvan otaran şəxs minaya düşərək ÖLDÜ

Dünya Təhsil Forumunda ikitərəfli görüşlər KEÇİRİLDİ - FOTO

Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ - XƏBƏRDARLIQ!

“İran ABŞ-dən yardım istəyib, lakin Vaşinqton…” – Helikopter qəzasının daha bir TƏFƏRRÜATI

İranda prezident seçkilərinin tarixi TƏSDİQLƏNDİ

Dövlət Agentliyi üzrə alınması tələb olunmayan icazələrin siyahısı TƏSDİQ EDİLDİ

Paşinyan ABŞ kəşfiyyat idarəsinin direktor müavini ilə GÖRÜŞDÜ

Toni Kroos karyerasını başa vurur

Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Xalq artistinin xanımı xəstəxanaya YERLƏŞDİRİLDİ: Durumu ağırdır - FOTO

Həssas, təmkinli, intellektual... - Ən mərhəmətli BÜRCLƏR

Qızılın qiyməti 80 dollara ÇATIR

Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ

Azərbaycanda maaşlar 100 manata qədər ARTDI

Məhkəmə Əziz Orucov barədə QƏRAR VERDİ

Emmanuel Makron Yeni Kaledoniyaya SƏFƏR EDƏCƏK

Rusiya və Özbəkistan prezidentləri Putinin Daşkəndə gözlənilən səfərini MÜZAKİRƏ ETDİLƏR

İlham Əliyev: "Rəisi ilə son görüşdə önəmli qərarlar qəbul edilib"

Tayvan ətrafında GƏRGİNLİK ARTIR: "Çin liderinin əsas hədəfi..." - AÇIQLAMA

Bütün xəbərlər