BAKU Azərbaycan
°C

Tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda 39 nəfər şahid barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

İş üzrə 43 nəfər şahid kimi tanınsa da, onlardan cəmi 4-ü məhkəməyə gəlib. Digərləri isə bildiriş göndərilsə də, prosesdə iştirak etməkdən yayınırlar.

Məcburi gətiriləcək şahidlər siyahısında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq direktoru Maisə Rəhimova və baş mühasib Züriyyə Cəfərova da var.

Qərarın icrası polisə həvalə edilib.

54 il AMEA-da çalışan tarix elmləri doktoru Maisə Rəhimova 2021-ci ildə işdən çıxarılıb. Həmin vaxt AMEA-nın prezidenti Ramiz Mehdiyev idi. 

M.Rəhimova Xalq artisti Zeynəb Xanlarovanın qudasıdır.

Qeyd edək ki, Səbuhi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər.

Son xəbərlər

Yağış, qar yağacaq, şaxta düşəcək - PROQNOZ

Seysmoloqdan zəlzələ XƏBƏRDARLIĞI: "Bu ərazilərdə daha da aktivləşəcək"

Rusiyada prezident seçkilərinin vaxtı AÇIQLANDI

Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq

Şuşada mina partlayıb, xəsarət alan var

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - SƏRƏNCAM

Xəstəxanalar gücləndirilmiş iş rejiminə keçdi - RƏSMİ

“Bakı Metropoliteni” zəlzələ ilə bağlı AÇIQLAMA YAYDI 

BŞTİ: "Zəlzələyə görə bəzi valideynlər övladlarını məktəbdən götürüb, tədris davam edir"

Bakıda güclü zəlzələ oldu

Qurban Yetirmişlidən SON DƏQİQƏ AÇIQLAMASI: “Güclü zəlzələ..." - VİDEO

Məşhur rəssam faciəvi şəkildə vəfat etdi - FOTO

Bakı və Abşeronda bu fərdi yaşayış evləri təmir olunacaq

Bu ölkə Rusiyaya 45 yeni sanksiya tətbiq etdi

Qəzzada HƏMAS liderinin evi mühasirəyə alındı

Ramiz Mehdiyevin bankında 400 minlik oğurluq

Qidanı xərçəngə çevirən əsas səhv açıqlandı

Yeni il turları: qiymətlər neçəyədir? - SİYAHI

Mətanətin keçmiş gəlini: “Qızıma deyirlər ki, sənin anan...” - VİDEO

Tokayev futbol məharətini göstərdi - VİDEO

Bütün xəbərlər