BAKU Azərbaycan
°C

Azərbaycanın daxili işlərinə qarışmaq, heç kəsə, o cümlədən, ölkəmizdə fəaliyyət göstərən diplomatik toxunulmazlığı olan şəxslərə belə rəva görülə bilməz. Xüsusən də, istintaqın getdiyi ərəfədə hər hansı bir status və yaxud tvit paylaşmaq istintaqa təzyiqdən başqa bir şey deyil.

Bəlli olduğu kimi, bu günlərdə ölkə ərazisində keçirilən əməliyyat nəticəsində FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev, təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev, o cümlədən, Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADRP) sədri Qubad İbadoğlu həbs olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Adıçəkilən şəxslər barəsində hazırda istintaq tədbirlərinin aparıldığı bir dönəmdə bir sıra beynəlxalq təşklatlar, eləcə də ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın Azərbaycandakı səfirlikləri Q.İbadoğlu ilə bağlı tvit paylaşıblar. İlkin istintaqın getdiyi bir dönəmdə belə bir paylaşım, sözsüz ki, birbaşa Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdi kimi qiymətləndirilməlidir. Həmin diplomatlar da gözəl bilirlər ki, Azərbaycan müstəqil ölkədir, belə məsələlər qanunlara uyğun şəkildə müstəqil məhkəmə orqanları tərəfindən tənzimlənir. Təmsil etdikləri ölkələr də məhz bu prinsipləri əsas götürür. Beynəlxalq hüquq və qanunlar da bunu ehtiva edir. Həmin diplomatların sadəcə diqqətinə çatdırmaq istərdik ki, əgər düşünürlərsə ki, Azərbaycanın daxili işlərinə müdaxilə edə, təzyiq göstərə bilərlər, çox yanılırlar.

FETÖ-nün terror təşkilatı kimi tanınmasını, yəqin ki, onlar da bilməmiş deyillər. Türkiyədə çevriliş etməyə cəhd gəstərən təşkilat ABŞ tərəfindən dəstəklənib və maliyyələşdirilib. Bu təşkilat təkcə Türkiyədə deyil, bir çox ölkədə, o cümlədən də Azərbaycanda şəbəkə qurmuşdu. O ki qaldı Qubad İbadoğluna, o, ABŞ-da FETÖ-nun geniş ayaq açdığı Şimali Karolina, Dyuk və Rutqers universitetlərində işləyib, onlarla geniş əlaqələr qurub. ADRP sədrinin dəfələrlə Pensilvaniyaya səfər etməsi, Fətullah Gülənlə görüşməsi, təlimatlar almasına dair faktlar var və bir müddət sonra açıqlanacaq.

Qubad İbadoğlu Cəmil Həsənli ilə birlikdə Qərbdən, konkret olaraq ABŞ-dan böyük qrantlar alırdı. Bu layihələr isə qanun pozuntuları ilə icra olunur, vəsaitlər tam başqa istiqamətə yönəldilirdi. Konkret olaraq Qubad İbadoğluna Azərbaycanda FETÖ şəbəkəsini bərpa etmək, siyasi gərginliyi artırmaq, ictimai-siyasi sabitliyi pozmaq istiqamətində tapşırıqlar verilmişdi. Onun FETÖ-nün ABŞ, Türkiyə və Avropa ölkələrindəki gizli mərkəzləri, ocaqları ilə əlaqələri qurulmuşdu. İndi Qərb ölkələrinin səfirliklərinin bu canfəşanlığını haradasa başa düşmək olar. Qubad İbadoğlu layihəsinə buraxdıqları böyük vəsait batır.

Ən əsası, bəzi Qərb dairələrinin Azərbaycanda növbəti dəfə qarışıqlıq yaratmaq planı yenə də iflasa uğradı. Buna görə də Azərbaycan dövləti, ictimaiyyəti belə hallara qarşı sərt təpki verməlidirlər. Məsələn, bu dairələr Macarıstanda öz planlarını reallaşdırmağa çalışdılar, amma Baş nazir Viktor Orban hökumətindən layiqli cavab aldılar.

Report.az

Son xəbərlər

Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il həbs cəzası verilib - YENİLƏNİB-8

"Balaəlinin oxuduğu meyxana deyil, pul xatirinə olan şeydir" - Vüqar Əbdülov

Yağış, qar yağacaq, şaxta düşəcək - PROQNOZ

Seysmoloqdan zəlzələ XƏBƏRDARLIĞI: "Bu ərazilərdə daha da aktivləşəcək"

Rusiyada prezident seçkilərinin vaxtı AÇIQLANDI

Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq

Şuşada mina partlayıb, xəsarət alan var

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - SƏRƏNCAM

Xəstəxanalar gücləndirilmiş iş rejiminə keçdi - RƏSMİ

“Bakı Metropoliteni” zəlzələ ilə bağlı AÇIQLAMA YAYDI 

BŞTİ: "Zəlzələyə görə bəzi valideynlər övladlarını məktəbdən götürüb, tədris davam edir"

Bakıda güclü zəlzələ oldu

Qurban Yetirmişlidən SON DƏQİQƏ AÇIQLAMASI: “Güclü zəlzələ..." - VİDEO

Məşhur rəssam faciəvi şəkildə vəfat etdi - FOTO

Bakı və Abşeronda bu fərdi yaşayış evləri təmir olunacaq

Bu ölkə Rusiyaya 45 yeni sanksiya tətbiq etdi

Qəzzada HƏMAS liderinin evi mühasirəyə alındı

Ramiz Mehdiyevin bankında 400 minlik oğurluq

Qidanı xərçəngə çevirən əsas səhv açıqlandı

Yeni il turları: qiymətlər neçəyədir? - SİYAHI

Bütün xəbərlər