BAKU Azərbaycan
°C

Dubay şirkəti “RMH General Trading” DMCC “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə müsadirə edilmiş əmlakla bağlı Ali Məhkəməyə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, şirkət Bakı Apellyasiya Məhkəməsinin qərarından narazıdır.

İddia olunur ki, cinayət işi üzrə müsadirə edilmiş “Baku Non Ferrous And Foundry Company” məhkum Rasim Məmmədova deyil, onlara məxsusdur. Belə olan halda şirkətin avadanlıqları ilə birgə müsadirə olunması mülkiyyət hüququnu pozur.

Xarici şirkəti təmsil edən vəkil Cavad Cavadov bildirib ki, Sumqayıt şəhərində yerləşən sözügedən şirkətin müsadirə olunması onun əsl sahibinin mülkiyyət hüququnun pozulması deməkdir: “Təəssüf ki, Bakı Apellyasiya Məhkəməsi şikayətimizi əsaslı saymadı. İndi həmin qərardan kassasiya şikayəti vermişik. Son vaxtlar Ali Məhkəmənin mülkiyyət məsələləri ilə bağlı ədalətli qərarlar çıxardığını görürük. Ümid edirik ki, bu işlə bağlı müsbət qərar qəbul ediləcək və bizim Avropa məhkəməsinə müraciət etməyimizə gərək qalmayacaq.”

Qeyd edək ki, Rasim Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, onun Bakı Oksford Məktəbinin binası da daxil olmaqla 70 milyonluq əmlakı müsadirə olunub.

Son xəbərlər

"Mənim bir evim olacaq, o da məzar" - Azərbaycanlı aktrisa çətin vəziyyətdədir - FOTOlar

"Barselona" bu futbolçuları buraxmaq istəmir

Qərbi Azərbaycana qayıdış: Əliyev İrəvana şərtini elan etdi

Məşhur aktyor ata oldu

Baydenin oğluna ÖLÜM TƏHDİDİ: "Atam bu ağrıya dözə bilməyəcək"

11 milyardlıq sərvətini vermək üçün bağbanı övladlığa götürür

Gəncədə 34 yaşlı qadının asılmış meyiti tapıldı

Oğuzda avtomobil aşdı: yaralılar var

Gəncədə toy QANA BOYANDI: yaralılar var

İsrail "Hizbullah"ın əməliyyat mərkəzini vurdu

Saray yolunda ağır qəza: ölən var - VİDEO

Nazpərinin sabiq nazirlə rəqsi gündəm oldu - VİDEO

Neftçalada məktəbdə yanğın oldu

Sakinlər şok mesaj aldı: -380 dərəcə şaxta...

BƏƏ lideri İlham Əliyevə zəng etdi

7 il idi belə uğursuzluq yaşamırdılar

Müəllimlərə ŞAD XƏBƏR: vəzifə maaşları artırıldı - FOTO

Tullantıları tutumlardan kənara atan şəxslər aşkarlandı

Kübra Əliyeva bahaçılıqdan şikayətləndi

"WhatsApp"da YENİ MƏHDUDİYYƏT: söhbətlər və media fayllar...

Bütün xəbərlər