BAKU Azərbaycan
°C

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun üzərinə həbs qoyulmuş bəzi əmlaklarının müsadirə edilməməsi ilə bağlı qərardan kassasiya protesti verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, söhbət Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən iki fərdi ev və Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsindən gedir.

R.Məmmədov məhkəmədə həmin evlərdən birini Xalq artisti Aygün Kazımovadan aldığını demişdi.

İstintaq orqanı tərəfindən sözügedən əmlaklar üzərinə həbs qoyulsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi qərarı ləğv edib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü əsaslı sayıb.

Dövlət ittihamçısı hökm və qərarla razılaşmır, Ali Məhkəmədən əmlakların müsadirə edilməsini xahiş edir.

Qeyd edək ki, Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə onun 70 milyonluq əmlakı müsairə edilib. Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 3 ay azaldıb, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

Son xəbərlər

"Mənim bir evim olacaq, o da məzar" - Azərbaycanlı aktrisa çətin vəziyyətdədir - FOTOlar

"Barselona" bu futbolçuları buraxmaq istəmir

Qərbi Azərbaycana qayıdış: Əliyev İrəvana şərtini elan etdi

Məşhur aktyor ata oldu

Baydenin oğluna ÖLÜM TƏHDİDİ: "Atam bu ağrıya dözə bilməyəcək"

11 milyardlıq sərvətini vermək üçün bağbanı övladlığa götürür

Gəncədə 34 yaşlı qadının asılmış meyiti tapıldı

Oğuzda avtomobil aşdı: yaralılar var

Gəncədə toy QANA BOYANDI: yaralılar var

İsrail "Hizbullah"ın əməliyyat mərkəzini vurdu

Saray yolunda ağır qəza: ölən var - VİDEO

Nazpərinin sabiq nazirlə rəqsi gündəm oldu - VİDEO

Neftçalada məktəbdə yanğın oldu

Sakinlər şok mesaj aldı: -380 dərəcə şaxta...

BƏƏ lideri İlham Əliyevə zəng etdi

7 il idi belə uğursuzluq yaşamırdılar

Müəllimlərə ŞAD XƏBƏR: vəzifə maaşları artırıldı - FOTO

Tullantıları tutumlardan kənara atan şəxslər aşkarlandı

Kübra Əliyeva bahaçılıqdan şikayətləndi

"WhatsApp"da YENİ MƏHDUDİYYƏT: söhbətlər və media fayllar...

Bütün xəbərlər