BAKU Azərbaycan
°C

Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il üzrə İş Planına uyğun olaraq Naxçıvan Şəhər İcra Hakimiyyəti və onun tabeli təşkilatları üzrə dövlət vəsaitinin istifadəsinin auditi aparılıb. Audit 2021-2022-ci illəri əhatə etmiş və uyğunluq auditi formasında həyata keçirilib.

Gundem.az xəbər verir ki, nəzarət tədbiri nəticəsində 1.792.167 manat məbləğində artıq və qanunsuz əmək haqqı ödənilməsi, 564.407 manat məbləğində mal alışının əmtəəsiz sənədləşdirilməsi, 2.955.000 manat məbləğində vətəndaşlardan vəsaitin qanunsuz tələb edilməsi halları müəyyən edilib.

Auditlə həmçinin İcra Hakimiyyətinin tabeli qurumlarında küçələrin işıqlandırılması xərclərinin sayğac göstəricilərinə uyğun aparılmadığı, istehsalçılara satılmış suyun faktiki həcminin rəsmiləşdirilmiş göstəricidən nəzərəçarpacaq dərəcədə az olduğu, malların baha qiymətə rəsmiləşdirildiyi, dövlət əmlakından qanunsuz istifadə edildiyi və büdcəyə çatacaq vergilərin ödənilmədiyi də aşkar olunub.

Müəyyən olunmuş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal edilməsi nəzərə alınaraq Hesablama Palatasının Kollegiyası tərəfindən auditin nəticələrinə dair müvafiq materialların hüquq mühafizə orqanlarına göndərilməsi qərara alınıb.

Son xəbərlər

Türkiyədə yenidən zəlzələ baş verdi

Tesla Çin bazarı üçün yenilənmiş "Model Y" krossoverini buraxdı

Roma Papası Azərbaycan və Ermənistanı dialoqa ÇAĞIRDI

Messi azərbaycanlı iş adamını evində qonaq etdi

Malidə üsyançılar ordunun bazasını ələ keçirdiklərini bəyan ediblər

Britaniya Ukraynaya qoşun yeridir

Daha bir serial eşqi gerçək OLDU

Kadırov səhhəti barədə danışdı

Armen Qriqoryan Tehrana getdi

Dəllər dəmiryol stansiyasında sərnişindaşıma bərpa edilib

Nazirlər və parlament üzvləri üçün beynəlxalq toplantı keçirilib

Qazaxıstan təmsilçiləri Bakı Konqresində iştirak edəcəklər

ABŞ-da erməni təxribatının qarşısını alan həmyerlimizə qarşı cinayət işinə xitam verilib

DMX və ƏƏSMN əməkdaşları Xankəndidə fəaliyyətə başladılar - FOTO

Ərdoğan: “Qarabağ məsələsində haqq yerini tapdı”

Beyləqanda həyətyanı sahələri su basdı - VİDEO

Cozep Borrell Kiyevə getdi

XİN Türkiyədəki terror hücumunu kəskin PİSLƏDİ

Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir

Türkiyədə sərnişin avtobusu aşıb, yaralılar var

Bütün xəbərlər