BAKU Azərbaycan
°C

Ermənistanı narahat edib”

Gundem.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Azərbaycan Qarabağda separatçı erməni qüvvələrinə qarşı həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri 24 saatdan da az vaxt ərzində uğurla başa çatıb:

“Bu, qismən Qarabağda talançı erməni komandası ilə bağlı məsələdir. Onların “prezident seçkiləri”ni özünəməxsus şəkildə keçirmək cəhdi həm Ermənistanın baş naziri Nikol Paşinyanı, həm də Azərbaycanı ciddi narahat edib. Çünki Azərbaycan bu hadisəyə “hələ də davam edən bir prosesi alovlandırırlar” kimi baxırdı. Bu arada, təbii ki, qardaşlarımızın şəhid olması hadisəni çox fərqli səviyyəyə qaldırdı.

Xəbərdarlıqlar edildi, lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, əksinə, prosesi davam etdirdilər. Hadisə belə davam etdiyi üçün də, Azərbaycan müvafiq addım atdı. Və daha da gecikmədən orada əməliyyatlarını yekunlaşdırdılar. Antiterror tədbirləri bitdikdən sonra mənə dedilər ki, 90-a yaxın vacib nöqtə məhv edilib. Yəni 90 mövqe vurulmaqla artıq tədbirlər bitib”.

Ərdoğan bildirib ki, antiterror tədbirləri ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olub:

“Bu məqamda o, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışıma görə mənə təşəkkür etdi və “Yəqin ki, bir daha orada nəfəs ala bilməyəcəklər. Biz işi yenicə bitirdik. Heç bir problem yoxdur. Biz buna son qoyduq”o deyib”, - deyə o vurğulayıb. ("Report")

Son xəbərlər

"Qərb Rusiya ilə danışıqlara başlaması üçün Zelenskiyə təzyiqə hazırlaşır" - İDDİA

Tanınmış aparıcı AzTV-dən AYRILDI: "Çox çətindir, amma..." - FOTO

Millət vəkilləri bu tarixdə 11 məsələnin müzakirəsi üçün TOPLAŞACAQLAR 

Putin: "Rusiyanın Xarkovu tutmaq planı yoxdur"

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə OLDULAR

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində OLDULAR

Prezident İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ

Prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə BAXDILAR

Prezidentlər Azərbaycanla Belarusun birgə istehsalı olan avtobusa baxdılar

Prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə BAXDILAR

Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi

Azərbaycan-Belarus ƏLAQƏLƏRİ: "Hədəfimiz yaxın illərdə..." - AÇIQLAMA

İlham Əliyev və Lukaşenko Şuşaya SƏFƏR ETDİLƏR

"ABŞ Ukraynadakı vəziyyəti daim gərginləşdirir" - XİN rəsmisi

Sabah 21 dərəcə isti OLACAQ - PROQNOZ

Azərbaycanda taksilərdə minimal gedişhaqqı 4,5 manat olacaq - BU TARİXDƏN

Ağır qəzada həlak olan şəxs polis zabiti imiş - FOTO

Putin Si Cinpinlə GÖRÜŞDÜ: Müzakirə olunan məsələlər AÇIQLANDI

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış OLDULAR

Badminton idman növü üzrə məktəbli oğlan və qızlar arasında yarış KEÇİRİLDİ - FOTO

Bütün xəbərlər