BAKU Azərbaycan
°C

Bir neçə gündür ki, Ermənistan mediası Sarkis Qalstyan adlı Qarabağ ermənisinin Azərbaycan tərəfindən Xankəndiyə komendant təyin edildiyi barədə xəbər tirajlayır.

Bu xəbərlərdə erməni jurnalist Tatul Akopyana istinad olunur. Erməni jurnalist özünün Facebook səhifəsində yazıb ki, “Sarkis Qalstan Xankəndi komendantı təyin olunub”.

Amma Azərbaycanın rəsmi qurumları hələ ki xəbərə reaksiya bildirməyib.

Gundem.az saytının məlumatına görə, “Azadlıq” radiosunun erməni xidməti - “Azatutyun” yayılan informasiyanı araşdırmağa çalışıb.

Sarkis Qalstyanın Ermənistandakı qohumları “Azatutyun”a deyiblər ki, o, həqiqətən də arvadı ilə birlikdə Qarabağda qalıb.

Qohumlardan biri deyib ki, ötən gecə Qalstyanla söhbət edib və o, azərbaycanlılarla əməkdaşlıq etdiyini və hər hansı vəzifəyə qoyulduğunu inkar edib.

Qohumlarının sözlərinə görə, Sarkis Qalstayan İrəvandakı yaxınları ilə Qarabağdakı Rusiya sülhməramlıları vasitəsilə danışıb.

Qeyd olunur ki, Sarkis Qalstyan Qarabağ separatçılarının "keçmiş parlamentində deputat" olmuş David Qalstyanın əmisidir.

Qondarma “deputat” deyib ki, əmisinin Xankəndinin komendantı təyin olunmasına və azərbaycanlılarla əməkdaşlıq etməsinə dair heç bir məlumatı yoxdur.

O deyib ki, əmisini son dəfə sentyabrın 28-dən sonra görüb və həmin vaxt Qarabağdan evakuasiya gedirdi.

David Qalstyanın sözlərinə görə, əmisi ona deyib ki, Ermənistana getməyəcək və Qarabağda qalan ermənilərə kömək edəcək:

David Qalstyan onu da deyib ki, əmisi uzun illər Dağlıq Qarabağda müxtəlif vəzifələrdə çalışıb, 1990-cı illərdə hərbi əməliyyatlarda iştirak edib, Şuşada "başçı müavini" olub. Daha sonra qondarma “Hərbi vətənpərvərlik və təhsil nazirliyində” orta vəzifədə çalışıb. 

Son xəbərlər

Bakıda COP29-la bağlı konfrans BAŞLADI

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər SAXLANILDI

Azərbaycanda tələbə faciəvi şəkildə ÖLDÜ - FOTO

Dilənçilik edən 342 uşaq aşkarlandı, 345 valideyn cəzalandırıldı

Hacıqabulda ağır qəza - Ölən və yaralanan var

Azərbaycanda taksidən istifadə edənlərin sayı ARTIB

Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini ANDI

Mətanət İsgəndərliyə AĞIR İTKİ

Valiyə Şuşa ilə bağlı hədiyə təqdim olundu - FOTOLAR

Bakı-İrəvan arasında RAZILAŞMA: Hansı üstünlüklər var? - AÇIQLAMA 

Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş OLDU

Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

“Ürəyim sıxılır” deyənlərin DİQQƏTİNƏ! - "Sağalmaq üçün..."

Latviya Parlamentinin spikeri Azərbaycana GƏLİR

Baş prokuror Düşənbəyə işgüzar səfərə GETDİ

Nazirlikdən sabahla bağlı SARI XƏBƏRDARLIQ! - Ölkə ərazisində...

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış OLDULAR

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı TƏKLİF ETDİ

Lukaşenko: "Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır"

Aleksandr Lukaşenko: "Azad edilən ərazilərdə dirçəliş dövrü başlayıb"

Bütün xəbərlər