Psixoloji xəstəliklərin sayı niyə artır? – "Problemin kökü..." + AÇIQLAMA
Azərbaycanda psixi-sağlamlıqla bağlı həkimə müraciət edənlərin sayı ildən-ilə artmaqdadır.
Bəs bu problemlərin artmasında rol oynayan vacib amillər hansılardır?
Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Sevinc Həbibova bildirib ki, psixoloji xəstəliklərin yaranma səbəblərinin başlıca amili valideyn diqqətsizliyidir.
“Bu problemlərin kökü uşaqlıq travmaları ilə əlaqəlidir. Uşaqlıqda valideylərindən yetərincə sevgi, qayğı görə bilməyənlər diqqət çəkmək üçün qeyri-adi davranışlar sərgiləyirlər. Lakin bu qeyri-adi davranışlar da valideynin diqqətini çəkməyəndə, uşaq gələcəkdə problemli fərd olur. Diqqət çəkmək üçün etdiyi qeyri-adi, etik olmayan davranışlar onun üçün vərdiş halına çevrilir. Belə şəxslər cəmiyyət arasında da tezliklə seçilirlər. Hər xırda nüansa aqressiv reaksiya göstərir və problemi danışaraq həll etməyə meyilli olmurlar. Uşaqlıq dövründə valideynləri tərəfindən dinlənilməyən uşaqlar gələcəkdə özlərini cəmiyyətə lazımsız bir fərd kimi hesab edirlər".
Psixoloq qeyd edib ki, problemin kökü valideynlərin diqqətsizliyindən və məsuliyyətsizliyindən başlayır.
“Çünki cəmiyyətdə fərdləri tərbiyə etmək valideynin borcudur. Uşaqlara etdiyi səhvlərə görə qışqırmaq və ağır cəzalar tətbiq etmək yerinə, səhvin nə olduğunu izah etmək lazımdır”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay