BAKU Azərbaycan
°C

Dünya əhalisinin 65%-də göz xəstəliklərinə rast gəlinir. Görmə problemi insanların həyat fəaliyyətinə də mənfi təsir göstərir.

Bəs görmə problemini yaradan əsas faktorlar nədir?

Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan həkim oftalmoloq Kəmalə Əliyeva bildirib ki, görmənin pisləşməsi, əsasən, 40 yaşdan yuxarı insanlarda rast gəlinir.

"Bu xəstəlik yarandıqda insan kitabda, kompüterdə və telefonda yazılanları yaxından görməkdə və oxumaqda çətinlik çəkir. Həmçinin yaxın məsafədə olan obyektləri aydın görə bilmir. Görmədəki bu dəyişikliklər 40 yaşdan sonra meydana çıxmağa başlayır. Bu problem presbiopiya adlanır. Təbii qocalma prosesində göz linzaları sərtləşir və onların elastikliyi azalır. Həmçinin gözdəki siliyer əzələlər yaşla bağlı olaraq zəifləyir. Bu əzələlər yaxın və uzaq obyektlərə fokuslanarkən lensin formasını idarə etməyə kömək edir".

Kəmalə Əliyeva qeyd edib ki, presbiopiya zamanı isə linzanın sərtləşməsi və siliyer əzələlərinin zəifləməsi nəticəsində düzgün fokuslanma çətinləşir.

“Linza işıq torlu qişanın arxasına fokuslanır və yaxınlıqdakı obyektlərə baxarkən bulanıq görməyə səbəb olur. İstifadə etdiyimiz telefonlar, planşetlər və kompyuterlər də görmənin pisləşməsinə səbəb olan faktorlardandır. Məhz bu baxımdan smartfonlardan istifadəni maksimum azaltmalıyıq. Görmənin pisləşməsinin qarşısını almaq üçün gün ərzində 3-4 dəfə göz gimnastikası etmək vacibdir”.

 

Son xəbərlər

Naxçıvanda ağır qəza - Ölən var - FOTOLAR

Sabah Bakıda leysan olacaq

Elnur Nağdəliyev direktor təyin olundu

Xırdalanda 64 yaşlı qadın 47 yaşlı kişini polisə verdi

DYP bu sürücülərə MÜRACİƏT ETDİ

20 gündür itkin düşmüş şəxsin meyiti tapıldı

Azərbaycanda generala hökm oxundu - 143 milyonluq mənimsəmə

Pənah Bəkirov vəfat etdi - FOTO

​“WhatsApp” bu problemi həll etdi -Yeni söhbət funksiyası istifadəyə verildi

Müxalifət Makronu istefaya çağırdı

Gürcüstanda etiraz aksiyaları yenidən alovlandı

Vəzifəli şəxsin meyiti tapıldı - FOTO

“Qalatasaray”ın keçmiş ulduzu 45 yaşında karyerasını bitirdi

Zeynəb Xanlarovanın yeni görüntüləri - VİDEO

Tələbə qəfil öldü - FOTO

Samuxda 18 yaşlı qız faciəvi şəkildə öldü

Sağlam qalmaq istəyirsinizsə, hər gün yeyin

Bakıdan Sumqayıta gedənlərin nəzərinə!

Azərbaycanda 16 illik hotel bağlandı

Renat Dadaşovdan xoş xəbər

Bütün xəbərlər