BAKU Azərbaycan
°C

Cəmiyyətimizdə subay oğlanların boşanmış qadınla evlənməsi, əsasən, qəbul edilmir. Amma ənənəni pozan, metalitetə zidd olan istisnalar da mövcuddur. Əsasən, yaşlı və qismən orta yaşlı nəslin qəbul edilməz hesab etdikləri bu məsələ daima müzakirə obyekti olub. Ümumilikdə Azərbaycan cəmiyyətində bu məsələyə yanaşma birmənalı deyil.

Bəs boşanmış qadının subay oğlanla evlənməsi doğrudurmu?

Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, bu mövzu müzakirə obyektinə çevrilməməlidir.

“Ailə quran kişilər evlənəcəyi xanımı öz istəyi və iradəsi ilə seçməlidir. Ona ətraf rəylər maraqlı olmamalıdır. Əgər bir kişi boşanmış qadını sevir, amma nə deyərlər düşüncəsi ilə evlənmirsə, həmin şəxs yetkin bir fərd kimi qərar qəbul edə bilmir. Daim başqalarının düşüncəsinə görə yaşasaq, xoşbəxt olma ehtimalımız azalır".

Psixoloq qeyd edib ki, bəzi oğlanlar isə valideynlərinin həmin şəxsi qəbul etməyəcəyini düşünürlər.

“Təbii ki, evlilikdə valideynlərin razılığı önəmli faktordur. Amma bir kişi sevdiyi qadına tam sahiblənməli, evlənərək onu xoşbəxt edəcəyini valideynlərinə inandırmalıdır. Dövrümüz günü-gündən dəyişir. Artıq bu kimi hallar qınaq obyektinə çevrilməməlidir. Ailə quran şəxslərin azalmasının səbəbi də boşanan şəxslərin yenidən ailə qura bilməməsiir. Cəmiyyətdə boşanmış qadına olan baxış fərqlidir. Lakin bu, düzgün yanaşma deyil. Həmin qadının hansı səbəbdən boşandığını kimsə bilə bilməz. Heç kim həyatından sığortalanmayıb”.

Son xəbərlər

Məşhur saç boyasının tərkibində sonsuzluğa səbəb olan maddə tapıldı

Tanınmış aktrisa saxlanıldı - FOTO

Əgər xalq mənim qərarıma qarşı çıxarsa... - Paşinyan

İsrail Qəzza sakinlərinə çağırış etdi

Danimarkada qadınlar məcburi hərbi xidmət edəcək

"İnci taneleri" final edir

Biləsuvar Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarıldı

Dünyanın ən hündür stadionunda oynadılar, nəfəsləri çatmadı - VİDEO

Yasamalda yük maşını yandı - VİDEO

Razılığa gəlmişik, yalnız imzalamaq qalır - Rubinyan

“Evi təmizləmək üçün bir gün vaxt istədi”

Pezeşkian Urmiya gölünə getdi

Azərbaycanda zəlzələ oldu - Yenilənib

İmamoğlunun yerinə o seçildi

Anasının imtina etdiyi körpə Bakıya gətirildi, xəstəxanaya yerləşdirildi

Sevgilisinin ETİRAFI Leonardo Di Kaprionu TƏƏCCÜBLƏNDİRDİ

İmamoğlunu kim əvəz edəcək? - Səsvermə başladı

Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

Türkmənistan Prezidenti İlham Əliyevi təbrik etdi

Liviya Dövləti Prezident Şurasının Sədri Prezident İlham Əliyevi təbrik edib

Bütün xəbərlər