BAKU Azərbaycan
°C

Dünən elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında deyib ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı təxminən 60 minə yaxın olacaq.
Plan yerinin çox olması ali təhsilli insanların sayını artırsa da, minlərlə abituriyentin aşağı balla universitetə qəbul olmasına da gətirib çıxarır.

Bəs universitetlərdə qəbul yerlərinin çox olmasının əsas təsirləri nələr olacaq? 
Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, ümumiyyətlə, bu il ali təhsil müəssisələrinə keçirilən imtahanlar əvvəlkilərdən müəyyən mənada seçilir:
“3 və 10 mart tarixlərində baş tutan imtahanlarda ilk dəfə ən yüksək nəticələr qeydə alındı. Belə ki, 54 şagird maksimum olan 300 balı topladı. Bunun ardınca 26 may və 2 iyunda bütün ixtisas qrupları üzrə qəbul imtahanları keçirildi. Həmçinin burada da nəticələr kifayət qədər yaxşı oldu”. 
Ekspert qeyd edib ki, bu il ali təhsil müəssisələrinin bakalavr pilləsinə qəbul olmaq isətəynlərin sayı da əvvəlki illərə nisbətən daha çoxdur:
“Bu il sözügedən rəqəm 85 min nəfərdir. Bu, bir yandan yaxşıdır ki, gənclər ali təhsil almaq istəyirlər. Eyni zamanda, qəbul plan yerində də artım müşahidə olunacaq. Belə ki, ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə 60 min plan yeri proqnozlaşdırılır. 2023-cü ildə bu rəqəm 55 min 800 idi. 2010-cu ildə isə 29 min plan yeri olub. Geridə qoyduğumuz 14 il ərzində qəbul plan yeri kifayət qədər artıb”.
K.Əsədovun sözlərinə görə, bu il hər iki nəfərdən biri ödənişsiz təhsil ala biləcək:
“Həmçinin ödənişsiz əsaslarla olan plan yerlərində də artım var. Əgər 2019-cu ilə qədər ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə cəmi 12 min dövlət sifarişli yerlər var idisə, bu il həmin rəqəm 28 mindir. Bu il universitetə qəbul olan hər iki nəfərdən heç olmasa biri pulsuz təhsil alacaq”. 
Ekspert vurğulayıb ki, plan yerlərinin artmasının mənfi tərəfləri olsa da, müsbət cəhətləri daha çoxdur:
“Mənfi tərəfi az balla perspektivli, xüsusən də, daha çox oxumaq tələb edən ixtisaslara aşağı balla qəbul olunması ilə müşahidə oluna bilər. Etiraf edək ki, xüsusən, mühəndislik və müəllimlik ixtisaslarına az balla qəbul olunmaq gələcəkdə mütəxəssisə çevrilməyə də problem yaradır.
Əlbəttə, plan yerlərinin artmasının müsbət tərəfi ondan ibarətdir ki, Azərbaycanda ali təhsilli insanların sayı artacaq, həm də gənclər xarici ölkəyə getməkdənsə, ölkəmizdə təhsil ala biləcəklər. Bütün hallarda, cəmiyyətə bilikli, bacarıqlı, intellektual insanların daxil olması sosial-iqtisadi inkişafa da öz təsirini birmənalı şəkildə göstərəcək. Hesab edirəm ki, ölkədə ali təhsilli insanların sayı nə qədər çox olsa, bu, dayanıqlı inkişafa gətirib çıxaracaq. Rəqabətə davamlı iqtisadiyyatın formalaşması üçün ali təhsilli mütəxəssislərə ehtyacımız var. Qəbul yerlərinin artması gənclərin pis əməllərədən uzaqlaşmasına da gətirib çıxaracaq”.

 

Son xəbərlər

Ermənistanda etirazçıların kütləvi həbsinə BAŞLANILDI

Xocalıda aşkarlanmış zenit-raket kompleksi Bakıda “Hərbi Qənimətlər Parkı”nda YERLƏŞDİRİLDİ

Azərbaycan neftinin qiyməti 84 dolları ÖTDÜ

Məşhur aktyor "Instagram" hesabını sildi - SƏBƏB - FOTO

Ramafoza yenidən CAR-nin prezidenti SEÇİLDİ

Kamaləddin Qafarov: “ Azərbaycan bu gün qüdrətli bir dövlətə çevrilib”

Daha bir müəllim vəfat etdi - FOTO

Dağlıq ərazilərə qar yağdı - FAKTİKİ HAVA

Prezident: "Birləşmiş Krallıq ilə münasibətlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir"

İlham Əliyev Böyük Britaniya kralını TƏBRİK ETDİ

FHN əhaliyə MÜRACİƏT ETDİ

Ronaldinyo Braziliya millisinin oyunlarını izləməkdən İMTİNA ETDİ

DİN: "Ötən gün axtarışda olan 12 nəfər tapıldı"

Narendra Modi Yaponiyaya səfər edəcək

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə PAYLAŞIM ETDİ

Lukaşenko Si Cinpinlə görüşmək niyyətindədir

"Milli Qurtuluş Günündən başlanan Xilaskarlıq missiyası bu gün tarixi Zəfər zirvəsinə yüksəlib" - Ülvi Quliyev

Azərbaycanlı zəvvarlar Həcc ziyarətinin əsas ayinlərinin icrasına BAŞLADILAR

Tanınmış ilahiyyatçı VƏFAT ETDİ - FOTO

"Xaos və anarxiya mühitinin yaranması beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır" - Prezident

Bütün xəbərlər