BAKU Azərbaycan
°C

İyunun 16-17-si Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Bayram yaxınlaşdıqca kəsiləcək qurbanların kimə paylanması məsələsi fikir ayrılığına səbəb olur. Bəziləri qurban ətinin imkansızlara verilməli olduğu fikrini müdafiə etsə də, qurban ətini öz qohumlarına və yaxınlarına paylamağı düşünənlər də az deyil.

Məsələ ilə bağlı fikir ayrılığı təkcə adi şəxslər arasında deyil, din xadimi və ilahiyyatçı arasında da var.

Gundem.az xəbər verir ki,  ötən günlərdə Sfera.az-a açıqlama verən QMİ sədrinin müavini Hacı Fuad Nurullayev bildirmişdi ki, qurban ətinin bir hissəsi kəsən şəxsin öz ailəsinə, digər 2 hissəsi isə yaxınlarına və qonşularına paylanmalıdır.
Mövzu ilə bağlı açıqlama verən ilahiyyatçı Elşad Miri isə QMİ rəsmisindən fərqli düşünür:
“Fuad Nurullayevin belə bir fikir bildirdiyinə inanmaq istəmirəm. Qurban bayramının məqsədi yoxsullara və ehtiyacı olanlara yardım edib savab qazanmaqdır. İnsanların yaxınları və qonşuları əgər kasıb deyillərsə, onlara qurban əti vermək düzgün deyil. Çünki onlar istədikləri zaman yeyib içirlər. Bu zaman Qurban bayramının heç bir mənası olmur. İslam dininə görə Qurban bayramı əsas paylaşmaq və başqaların sevincinə şərik olmaqdır. İmkanı olan yaxınlara və qonşulara qurban ətinin verilməsi absurddur”.
Elşad Miri qeyd edib ki, qurban ətini imkansızlara, tələbələrə və ehtiyacı olanlara paylamaq lazımdır:

“Qurban hissələrinin paylanmasında məhz ehtiyac amili əsas götürülməlidir”.

Son xəbərlər

Narin cinayətindən sonra 50 uşaq dövlət himayəsinə alındı

Sabah bu rayonun bir hissəsi QAZSIZ QALACAQ

USAİD-in yardımları xoşniyyətli deyil - Bayramov

"Aİ-95" benzinin qiyməti artacaq? - AÇIQLAMA

Ötən il 43 şəxs cinayət başında yaxalandı

Tanınmış modelin sinəsi çürüyür - Silikon taxdırmayın, peşmanam

Çimnaz Sultanova bu xəstəliklərdən əziyyət çəkib - Xəstəxanadan AÇIQLAMA

İsrail HƏMAS-la razılaşmanın detallarının hələ TƏSDİQLƏMƏYİB

"Samsung" işlədənlər ehtiyatlı olun - Məlumatlarınız oğurlana bilər

Çiy kartof yemək faydalıdır?

Evlənmək istəyən cütlüklərə xəbərdarlıq: mütləq bunu edin

İynəyə görə xəstə dünyasını dəyişmişdi -70 yaşlı həkim bu cəzanı aldı

Bu rayonlara qar yağır

Qadın övladını zəhərləyərək izləyicilərindən 63 min manat topladı

Azərbaycanda həkimi xəstəxananın həyətində maşın vurdu - FOTO

Nazir müdiri işdən çıxardı

Məşhur aktrisa vəfat etdi -FOTO

Beyləqanda qəzaya düşən şəxs tanınmış iş adamı imiş - FOTO

Son 10 il tarixin ən isti illəri oldu - Vilfand

Pensiyalar neçə faiz artırılacaq? -AÇIQLAMA

Bütün xəbərlər