BAKU Azərbaycan
°C

“Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin təşəbbüsü ilə Tailand Krallığının paytaxtı Banqkok şəhərində “Qlobal Davamlı İnkişaf Konqresi” keçirilir.
 
Bu barədə Gundem.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Dünyanın 100-dən çox ölkəsindən 3000-dən artıq qlobal lider və innovator “Davamlı inkişaf” ilə bağlı müzakirələrə qoşulub. Konqres iyunun 10-da başlayıb və 13-dək davam edəcək.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə 10 qabaqcıl yerli universitet (“ADA” Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, Naxçıvan Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti) konqres çərçivəsində Azərbaycan pavilyonunda təmsil olunur.
 
Konqres çərçivəsində “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən universitetlərin fəaliyyətinin Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədi üzrə qiymətləndirildiyi “THE Impact 2024” reytinqinin nəticələri də rəsmi elan ediləcək. Ötən il 7 Azərbaycan universitetinin təmsil olunduğu bu reytinqə cari ildə daxil olacaq universitet sayının 2 dəfəyədək artması gözlənilir.

​​​​​​​

 

 

Son xəbərlər

Məşhur aktyor "Instagram" hesabını sildi - SƏBƏB - FOTO

Ramafoza yenidən CAR-nin prezidenti SEÇİLDİ

Kamaləddin Qafarov: “ Azərbaycan bu gün qüdrətli bir dövlətə çevrilib”

Daha bir müəllim vəfat etdi - FOTO

Dağlıq ərazilərə qar yağdı - FAKTİKİ HAVA

Prezident: "Birləşmiş Krallıq ilə münasibətlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir"

İlham Əliyev Böyük Britaniya kralını TƏBRİK ETDİ

FHN əhaliyə MÜRACİƏT ETDİ

Ronaldinyo Braziliya millisinin oyunlarını izləməkdən İMTİNA ETDİ

DİN: "Ötən gün axtarışda olan 12 nəfər tapıldı"

Narendra Modi Yaponiyaya səfər edəcək

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə PAYLAŞIM ETDİ

Lukaşenko Si Cinpinlə görüşmək niyyətindədir

"Milli Qurtuluş Günündən başlanan Xilaskarlıq missiyası bu gün tarixi Zəfər zirvəsinə yüksəlib" - Ülvi Quliyev

Azərbaycanlı zəvvarlar Həcc ziyarətinin əsas ayinlərinin icrasına BAŞLADILAR

Tanınmış ilahiyyatçı VƏFAT ETDİ - FOTO

"Xaos və anarxiya mühitinin yaranması beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır" - Prezident

Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ

İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi

Azərbaycanda Milli Qurtuluş Günüdür

Bütün xəbərlər