BAKU Azərbaycan
°C

Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir. Daha doğrusu, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur. Artıq bu istiqamətdə müxtəlif fikirlər səsləndirilir,  narazılıqlar yaxud əksi müşahidə edilir.  Sözügedən təkliflə bağlı insanların ağlında müəyyən suallar yaranıb. Bu məsələ necə tənzimlənəcək? Hansı sənədlər tələb oluna bilər?

Gundem.az xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki, hazırda olan qanunvericilik normalarına əsasən, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey qardaş və bacılar arasında nikahın bağlanması qadağandır:

“Nəvələr arasında nikaha qanunvericilik yol verir. Ailə Məcəlləsi baba-nənə və nəvələr arasında nikaha yol vermir. Lakin nəvələrin də nikaha girməsi tibbi baxımdan düzgün deyil. Ailə Məcəlləsinin 12-ci maddəsində nikahın bağlanmasına mane olan hallar da göstərilib. Orada qeyd olunub ki,  yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar) arasında nikahın bağlanması qadağandır. Yəni heç bir halda bu şəxslər nikaha girə bilməzlər. Qanunvericilik buna yol vermir. Təəsüflər olsun ki, ölkəmizdə qohum evliliklərinə rast gəlinir. Məsələn, xalaqızı və bibiqızı ilə evlənən çoxsaylı insanlar var. Bu evliliklərdən uşaqların qüsurlu dünyaya gəlmə ehtimalı çoxdur. Ona görə də doğulan uşaqların gələcəyini fikirləşərək belə bir addımdan qaçmaq lazımdır”.

Vəkil bildirdi ki, belə hallara daha çox regionlarda rast gəlinir:

“Bununla bağlı həmin bölgələrdə maarifləndirmə işlərinin aparılmasına, o cümlədən  Ailə Məcəlləsinə belə dəyişikliyin edilməsinə həqiqətən də zərurət var. Belə ki, qan qohumları olan əmi, xala, bibi, dayı uşaqları arasında evlilik qadağan olunmalıdır. Statistikalar onu göstərir ki, qan qohumlarının nikahı genetik xəstəliklərin yayılması riskini artırır. Bu, qohumların eyni genləri paylaşması və bu genləri nəsillər boyu ötürməsi ilə bağlıdır. Bu durum xromosom anomaliyaları, rəqəmsal anomaliyalar və genetik xəstəliklər kimi problemlərə səbəb ola bilər. Bu problemlərin bir hissəsi artıq doğulmuş uşaqlarda və ya hamiləlik zamanı müayinələrdə aşkar edilə bilər”.

Vəkil qeyd edib ki, nikahı qeydə alan orqanın nikaha daxil olan şəxslərin kimliklərini araşdırmaq səlahiyyəti var:

“Üstəlik həmin orqanın əməkdaşları nikaha daxil olmaq üçün müraciət etmiş şəxslərin yaxın qohumlarını sistem üzərindən müəyyən edə bilər. Məsələn, nikaha daxil olmaq istəyən şəxslərin ata və anasının müəyyən edilməsi ilə, onların əmi, bibi, xala, dayısını və onların uşaqlarını müəyyən etmək mümkündür”.

Son xəbərlər

Rusiyaya gedənlər üçün vacib XƏBƏR: mütləq oxuyun

Nadir bu tarixdə oğluna toy edir - FOTO

Vətəndaşın kartından 27 283 manat belə oğurlandı

Quş qripi sürətlə mutasiyaya uğrayır

Sürücülərin nəzərinə!

Bu marşrutunun hərəkət sxemi müvəqqəti dəyişir

"Samsung"un baş direktoru vəfat etdi

Dünyanın ən varlı qadınları

Qızılın qiyməti rekord həddə BAHALAŞDI

"Liverpul"un ulduzu "Real"da!

Bu BÜRCLƏR ayın sonuna kimi şəxsi xoşbəxtlik tapacaq

16 minlik oğurluq etdi

Aysunun keçmiş ərinin paylaşımına qəribə REAKSİYA:" Acığına gəlməsin, canını yaxşı qurtardın" - FOTO

“Kızıl goncalar”ın final tarixi dəyişdi

Sabahdan bu məktəblərdə dərs başlayır

Arıqlayacağının anonsunu verdi - VİDEO

Qəza aeroport yolunda sıxlıq yaratdı - VİDEO

Süni tənəffüs aparatına qoşulan aktyordan XƏBƏR VAR

"Fənərbağça" bu ulduzunun maaşını azaldacaq

Ən xoşbəxt BÜRCLƏR

Bütün xəbərlər