BAKU Azərbaycan
°C

Bəzi çaylardan sel keçib, dağlıq ərazilərə qar yağıb.

Bu barədə Gundem.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 15-i saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. 3000 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərə qar yağıb.

Düşən yağıntının miqdarı Kürdəmirdə 28 mm, Qobustanda 27 mm, Şəkidə 14 mm, Oğuzda 12 mm, Qrızda 11 mm, Beyləqanda 7 mm, Şahdağda 5 mm, Quba, Qusar, Qrız, Qəbələ, Xaltan, Sabirabad, Balakəndə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Yağan leysan xarakterli intensiv yağışlarla əlaqədar iyunun 14-ü axşam Şabran rayonu ərazisindən axan Gilgilçay-Şabran, İsmayıllı rayonu ərazisindən axan Göyçay-Buynuz, Ağsu rayonu ərazisindən axan Ağsuçaydan, iyunun 15-də gecə isə Qobustan rayonu ərazisindən axan Pirsaatçay-Poladlı məntəqələrindən sel keçib.

Qrız, Lerik, Şabranda duman muşahidə olunub.

İyunun 14-ü şərq küləyi arabir Naftalanda 20 m/s, Sabirabadda 17 m/s, Şəkidə 15 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 36, Aran rayonlarında 36, dağlıq rayonlarda 25, yüksək dağlıq ərazilərdə 11 dərəcəyədək isti olub.

Son xəbərlər

Prezident Xankəndi tikiş fabrikinin fəaliyyəti ilətanış oldu

Füzulidə maşın traktorla toqquşdu - Azyaşlı öldü

Təyyarə qəzası ilə bağlı yekun hesabat bu tarixə qədər açıqlanmalıdır

Bakıda orta aylıq əməkhaqqı artıb

Hadisə konsertində çətin vəziyyətə düşdü - VİDEO

Xankəndidə Zəfər parkının təməlqoyma mərasimi olub

Qaxda şəlalə dondu - VİDEO

Cəbrayıla növbəti köç karvanı yola salınıb

Azadlıq prospektində maşın aşdı, 2 qadın yaralandı - VIDEO

Prezident Xankəndinə getdi

Azərbaycan nefti bahalaşdı

1091-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Tolik Röyadan yazdı: “Çuşka yığını...” -VİDEO

BMU ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb - FOTOLAR

Erməni əsilli polis Rusiyada barda dava saldı - VİDEO

AAYDA gücləndirilmiş iş rejimində çalışır

Florida ştatında 26 fevral tarixi Xocalının Anım Günü elan edilib - FOTO

AFFA rəsmisi “Qalatasaray”ın avrokubok matçında

"Titanik"in aktrisası bu dəfə rejissor olacaq

Ağcabədidə qanunsuz tikili söküldü - VİDEO

Bütün xəbərlər