BAKU Azərbaycan
°C

Azərbaycan Respublikasının səhiyyə nazirinin müvafiq Əmri ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə hazırlanan uşaqların immunizasiyası üzrə yeni Təlimat təsdiqlənib.

Bu barədə Gundem.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu Təlimat ölkədə həyata keçirilən İmmunizasiya Proqramının əhəmiyyətli şəkildə genişləndirilməsinə təkan verəcək. Təlimatda vaksinasiyaya əks-göstərişlər və ilk dəfə olaraq gecikmiş peyvənd cədvəli haqqında müasir məlumatlar verilir. O, həmçinin peyvəndin saxlanması və daşınması, peyvənddən sonra baş verə biləcək əlavə təsirlər, peyvəndin tətbiqi üsulları daxil olmaqla keyfiyyətli immunizasiya xidmətlərini təmin etmək üçün ilkin səhiyyə xidməti səviyyəsində tələb olunan bütün məlumatları özündə ehtiva edir.
Təlimatda ölkədə tətbiq olunan profilaktik peyvəndlər təqvimində əksini tapmayan vaksinlər haqqında da qısa məlumat verilir. Bu da Azərbaycanda vaksinasiya səylərinin əhatə dairəsinin genişləndirilməsinə önəm verilildiyini nümayiş etdirir. Təlimatdakı müasir yanaşmaların təcrübəyə inteqrasiya olunması vaksinlər və immunizasiya xidmətləri ilə bağlı yanlış fikirlərin aradan qaldırılmasına kömək edəcək. Bununla da immunizasiya ilə əhatə səviyyəsinin yüksəlməsinə, həmçinin immunizasiyada bərabərlik məsələlərinin həllinə müsbət təsir göstərəcək.
Yeni təlimat vaksinlə qarşısı alına bilən xəstəliklərdən qorunmaq məqsədilə davam etdirilən səylərimizdə mühüm addımdır. Bu vəsait tibb işçilərinə əsaslandırılmış qərar qəbul etmək və uşaq əhalisini mümkün olan ən keyfiyyətli immunizasiya xidmətləri ilə təmin etmək imkanı yaradacaq. Azərbaycanda immunizasiya xidməti göstərən tibb işçiləri üçün yeni vəsait gündəlik təcrübədə əsas istinad mənbəyi kimi istifadə olunaraq immunizasiya xidmətlərinin təhlükəsizlik və səmərəlilik standartlarına uyğun aparılmasını təmin edəcək.

Son xəbərlər

Taksidən istifadə edənlərin sayı niyə azalır? - STATİSTİKA

Türkiyədə zəlzələ: Dağıntı və tələfat...

""Covid XEC" variantı sürətlə yayılır, havalar soyuduqca..." - HƏYƏCAN TƏBİLİ

Husilər ABŞ-yə məxsus PUA-nı VURDULAR

Nikol PaşinyanStefan Sejurneilə Ermənistan-Azərbaycan sülh razılaşmasını MÜZAKİRƏ ETDİ

Məşhur aktyor "Arka sokaklar"da - FOTO

Maykl Ceksonun qardaşı VƏFAT ETDİ

Azərbaycanın ixracı azaldı, idxalı artdı - Profisitin kiçilməsinə SƏBƏB NƏDİR?

Ağadadaş Ağayev məhkəməyə verildi - Banka olan borcunu... - TƏFƏRRÜAT

Nazir: "Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək istəyənlər var"

Nazir: "Bu tədris ilində Cəbrayıl və Kəlbəcərdə yeni məktəblərin açılışı planlaşdırılır"

Mehriban Əliyeva məktəblilərə uğur arzuladı

"Adaptasiya problemini yaradan valideynlərdir" - Psixoloq çıxış yolunu GÖSTƏRDİ

Kişilər niyə daha tez qərar verirlər? - AÇIQLAMA

"Barselona"nın futbolçusu ZƏDƏLƏNDİ

Fransanın Aİ komissarı İSTEFA VERDİ

Bu qidalar xərçəng və diabet riskini ARTIRIR - Mütəxəssisdən XƏBƏRDARLIQ!

Böyük Britaniyanın Baş naziri Meloni ilə GÖRÜŞDÜ

"Trampa qarşı “növbəti sui-qəsd cəhdi” xəbəri ictimai rəyə hesablanıb" - ŞƏRH

Kölndəki gecə klubunun yaxınlığında partlayış OLDU

Bütün xəbərlər