BAKU Azərbaycan
°C

Qış aylarında dondurma və ya soyuq içkilər qəbul etdikdə badamcıqlarımız şişə bilir. Bəzi insanlar isə bu problemdən azaddırlar. Çünki onların badamcıqları götürülüb.

Bəs badamcıqların götürülməsinin ziyanı varmı?

Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan həkim Jalə Eyvazova bildirib ki, badamcıqlar orqanizmin virus və bakteriyalara qarşı əsas müdafiə mexanizmlərindən biridir.

"Belə ki, mikroorqanizmlər xarici mühitdən keçdikdə əvvəlcə badamcıqlarla qarşılaşırlar. Yəni immun hüceyrələrə malik badamcıqlar bir filtr kimi fəaliyyət göstərirlər və mikrobların bədənə daxil olmasının qarşısını alırlar. Ancaq badamcıqlar olmadan da yaşamaq mümkündür. Çünki onlar ürək və ya beyin kimi həyati vacib orqan deyillər. Badamcıqların olmaması bədəni müdafiəsiz qoymur, sadəcə insanlarda tənəffüs yolu infeksiyalarına yoluxma, qulaq iltihabı və sinüzit riski artmış olur”.

Həkim qeyd edib ki, badamcıq əməliyyatı hələ də uşaqların ən çox məruz qaldığı əməliyyatdır.

“Badamcıqların götürülməsinə isə əsas səbəblər iltihablanma, qızdırma və udma infeksiyasının məhdudlaşmasıdır. Əməliyyatdan sonra maksimum iki həftə ərzində orqanizm özünü tam bərpa edir və ağrı hissi yoxa çıxır. Qidalanmaya əməliyyatdan 2 saat sonra başlanılır. Yumşaq qatılıqda qidalar verilir. Əzmə, ilıq şorba, tərəvəz yeməkləri, meyvə əzməsi, sıyıq və dondurma üstünlük verilən qidalardır. 1 həftə ərzində qidaların daha yumşaq qatılıqda olmasına diqqət edilməlidir. Dondurma və soyuq qidalar bu əməliyyatdan sonra yaxşı təsir göstərir”.

Son xəbərlər

Rus ordusu Volnoye Poleni ələ keçirdi

Tramp 11-ci dəfə baba oldu - FOTO

Bu həkimlər 9000 manat cərimələnəcək

Kartdan pul çəkənlər daha tez tapılacaq - Yeni qayda

Bəzi ərazilərdən Azərbaycana ət məhsullarının gətirilməsinəməhdudiyyət qoyuldu

Azərbaycan dili imtahanının nəticələri açıqlandı

Ermənistanda zəlzələ oldu

Ev sahibinin ayaqqabısı Ərdoğanın marağına səbəb oldu - VİDEO

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Kirayə qalanlara ŞAD XƏBƏR

Təhsildə müasir TRENDLƏR - Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi –FOTO/VİDEO

Pensiya alanların nəzərinə - Dəyişiklik edilir

Məktəblərin bağlanma vaxtı dəyişə bilər

Prezident Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir - Canlı

İstiliyin verilməsinin vaxtının dəyişdirilir

Bakı metrosunun bir xəttində ancaq YENİ NƏSİL qatarlar olacaq – RƏSMİ

Emmanuel Makron Prezident İlham Əliyevlə görüşdü - VİDEO

Prezident İlham Əliyev Albaniyada Böyük Britaniyanın Baş naziri Kir Starmerla görüşüb

İlham Əliyev Albaniyada Rəcəb Tayyib Ərdoğanla görüşüb

Avropanın 15 ən gözəl yeri: ən qısa zamanda ziyarət etməyə dəyər

Bütün xəbərlər