BAKU Azərbaycan
°C

Məlum olduğu kimi, bu gün məktəblər yeni tədris ilinə start verdi. Bu il də yüzlərlə uşağın məktəbə başlayanda adaptasiya problemi yaşadığı müşahidə olunur. Kimisi ağlayır, kimisi valideynindən ayrılmaq istəmir…
 
Bəs bu problemin təməlində nə durur və həlli üçün nələr edilməlidir?

 
Gundem.az xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a açıqlamasında Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli məktəbin psixoloqu Ülviyyə Hüseynli bildirib ki, şagirdlərin adaptasiya problemlərinin təməli çox vaxt birinci sinifdə qoyulur:

“Adaptasiya problemi hər yaş dövründə rastımıza çıxa bilər. Məktəblilərdə adaptasiya pozğunluğuna səbəblər yaşıdları ilə yola getməməsi, bullinqə məruz qalması, hansısa dərsi anlamaması və müəllimdən təzyiq görməsi ola bilər. Ümumiyyətlə, adaptasiya müddəti uşağa görə dəyişən bir prosesdir. Elə uşaqlar var ki, onlarda heç belə bir problem yaşanmır. Baş verənlərdə isə bəzilərində tez həll olunur, bəzilərində uzun müddət davam edir. Bu da daha ciddi problemlərə gətirib çıxara bilir. Adaptasiya müddəti uşaqların temperament tipi, özünəinam, ailə vəziyyəti, valideynlərinin ona olan davranışı kimi səbəblərə görə fərqlənir”. 

Psixoloqun sözlərinə görə, uşaqlarda bu problemin yaranmasına əsas səbəb valideynlərdir:

“Bu hallara daha çox azyaşlı dövrdə- ilk dəfə bağçaya, məktəbə başlayan uşaqlarda rast gəlinir. Bəzi valideynlər uşağın əvəzinə hər şeyi özləri edərək övladlarını özlərindən asılı vəziyyətə gətirirlər. Bunu isə çox vaxt analar edir. Nəticədə, uşağın valideyni olmadan nəsə edə biləcəyinə dair inamı olmur. Belə olan halda uşaq heç bilmədiyi bir mühitə düşəndə artıq valideynini axtarır. Valideynlərin bu tip hərəkətləri uşaqda həm adaptasiya problemi, həm də özgüvən əskikliyi yarardır. Valideynlər bu mövzuda maariflənməlidir”. 

O qeyd edib ki, bu kimi hallarda uşağın ağlaya-ağlaya həmin mühitə öyrəşməsini gözləmək olmaz:

“Bu problem ancaq məktəbə, müəllimə olan güvənin yaranması ilə həll oluna bilər. Bu prosesi asanlaşdırmaq üçün öncədən onu aparıb məktəbdəki mühitlə, müəllimləri, sinifyoldaşları ilə tanış etmək yaxşı olardı. Əgər bu mümkün deyilsə, uşaqlar evdə məktəblə bağlı şəkillərə baxa bilər, yaxud valideyn uşaqla yetkin bir insanmış kimi təkbətək söhbət edib məktəbə yeni başlaması ilə bağlı fikirlərini, keçirdiyi hissləri soruşa bilər”. 
  
Ü.Hüseynli vurğulayıb ki, bu kimi hallarda diqqətsiz davranmaq uşaqda autizm belə yarada bilər:
 
“Əgər uşaq hələ də məktəbə getmək istəmirsə, bir müddət valideynin sinif otağında uşaqla oturmasına icazə verilməlidir. Bu proses mərhələli şəkildə həyata keçirilməlidir. Bir müddət yanında əyləşməli daha sonra qapıya yaxın yerdə oturmalı, bir neçə həftə keçəndən sonra qapıdan görünməlidir. Bu proses 3-6 ay belə çəkə bilər. Uşaq bu üsulla həmin mühitə öyrəşəcəyi üçün bir neçə aydan sonra artıq valideynindən tədricən ayrılacaq və sinif otağında rahat otura biləcək. Birdən-birə uşağı valideynindən ayırmaq daha böyük problemlərə, hətta autizmə belə gətirib çıxara bilər”. 

Psixoloq sonda qeyd edib ki, bu prosesin həyata keçirilməsi üçün məktəb psixoloquna müraciət olunmalıdır. 
 

Son xəbərlər

Sağlamlıq üçün gündə nə qədər zülal qəbul edilməlidir? – AÇIQLAMA

6 min manat müavinəti belə ala bilərsiniz - Lazım olan SƏNƏDLƏR

Yeniyetmələr arasında cinayətlər niyə artır, qarşısını necə almaq olar? - AÇIQLAMA

"Barselona"nın futbolçusu Niderland millisinə dəvət almadı

"Moskva Vaşinqtonla potensial hərbi qarşıdurmaya hazırdır" - Rusiya rəsmisi

Gecələr insan bədənində bu dəyişiklik olur – Araşdırma

Bu idman növü insan ömrünü 9 il UZADIR

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə BAŞLADI

Bu cərimələr artırılır - 300 manatdan 7000 manatadək

Siqaret çəkənlərə VACİB XƏBƏR - Cərimənin məbləği kəskin artırılır!

Bu ölkədə uşaq sahibi olmayanlar vergi ödəyə bilərlər

Əhaliyə XƏBƏRDARLIQ: Bu tarixlərdə güclü geomaqnit qasırğası olacaq

Belçikadan Yaponiyaya qədər... - Elm adamları TƏŞVİŞDƏ

Şəkər tozu yenidən BAHALAŞIR - SƏBƏB

Məşhur müğənninin qızı VƏFAT ETDİ - FOTO

Qadınları eybəcər göstərən geyim səhvləri - Bu tərzlərdən UZAQ DURUN!

“Bitcoin”in yaradıcısı TAPILDI - Sənədli film həqiqətləri üzə çıxaracaqmı?

Qaxda it şagirdə xəsarət yetirdi

Bakıda toylar qadağan olunur - Müğənnilər TƏSDİQLƏDİ

"Ayfona, qabyuyan maşına pul verirlər, istehlak kreditlərinin verilmə şərti sərtləşdirilməlidir" - İqtisadçı

Bütün xəbərlər