BAKU Azərbaycan
°C

Son 3 ayda taksidən istifadə edənlərin sayında azalma müşahidə olunur.

Gundem.az statistik məlumatlara istinadən xəbər verir ki, taksi istifadəçilərinin sayında azalma yeni qaydaların qüvvəyə minməsi ilə eyni dövrə təsadüf edir.

Rəsmi statistik məlumatlara əsasən, bu ilin yanvar-may ayları ərzində hər ay taksidən istifadə edənlərin sayı əvvəlki ilin eyni ayları ilə müqayisədə çox olub. Lakin iyundan başlayaraq istifadəçilərin sayı azalma mərhələsinə keçib və ötən ilin iyun, iyul və avqust aylarına nisbətən istifadəçi sayında mənfi dinamika qeydə alınıb.

Ötən ilin iyununda taksi ilə 8,6 milyon sərnişin daşındığı halda, bu ilin iyununda 7,23 milyon sərnişin daşınıb. Daşınan sərnişinlərin sayı iyulda 1,075 milyon nəfər azalaraq 7,12 milyon nəfərə, avqustda isə 1,25 milyon nəfər azalaraq 7,046 milyona düşüb.

Ümumilikdə iyun-avqust aylarını əhatə edən 3 ay ərzində 21,4 milyona yaxın sərnişin daşınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,73 milyon az sərnişin deməkdir.

Dinamika göstərir ki, qarşıdakı aylarda da əvvəlki ilə nisbətən taksi istifadəçilərinin sayında azalma baş verəcək.  (Sfera.az)

Son xəbərlər

1157-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

“Qartal” restoranında nöqsanlar aşkarlandı

Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?

Prezident Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Prezident Anar Quliyevə yüksək vəzifə verdi - SƏRƏNCAM

Dəli kimi sevən 5 bürc: Gözləri kor, qulaqları kardır

“Mənə lağ edən günümə düşsün”

Əvəz Zeynallı azadlığa buraxıldı

Onlara vəzifə verildi

Bağlı qapı arxasında qalan 2 yaşlı uşaq xilas olundu - VİDEO

Ana 14 yaşlı qızını əxlaqsızlığa məcbur edib?

Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...

Putinə əhalinin neçə faizi güvənir? - SORĞU

"Bakıda 3 evim var"

Əli Əsədov daha bir qərar imzaladı

Bir həftə əvvəl təhqirə görə ağır cəzalanmışdı, yenə eyni cəzanı aldı

“Uzaq sahillərdə” filmi Berlində bərpa olundu

Bakıda yol vermək üstündə dava - Ölən var

Bu proqramı dərhal telefondan silin - Pulunuzu kartlardan belə çəkirlər

İstanbulda davam edən afterşoklar nə vaxt bitəcək?

Bütün xəbərlər