BAKU Azərbaycan
°C

Fiziki və əqli qüsurlu şəxslərin aliment məsələsi hüquqi baxımdan xüsusi yanaşma tələb edir, çünki onların fəaliyyət qabiliyyəti və gəlir əldə etmə imkanları məhdud ola bilər. Belə hallarda aliment ödənişləri ilə bağlı xüsusi qaydalar mövcuddur ki, bunlar şəxsin sosial vəziyyətinə və tibbi durumuna əsaslanır.

Bəs əqli və fiziki qüsurlu şəxslərin aliment ödənişləri necə həyata keçirilir?

Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Milli.Az-a vəkil Emil Aslanov açıqlama verib.

O bildirib ki, əgər ata fiziki əlilliyi olan şəxsdirsə və yalnız əlillik üçün pensiya alırsa, bu, onun əmək qabiliyyətini və dolanışığını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər. Aliment ödənilməsi ilə bağlı olan vəziyyətlərdə, məhkəmə ata tərəfindən verilən pensiyanın məbləğini və onun gündəlik ehtiyaclarını nəzərə alır.

"Belə bir halda, məhkəmə alimentin məbləğini təyin edərkən, atasının gəlirini, sağlamlıq vəziyyətini və dolanışıq şəraitini diqqətə alır. Əgər ata yalnız əlillik pensiyası ilə dolanırsa, məhkəmə alimentin miqdarını onun real iqtisadi imkanlarına uyğun olaraq müəyyənləşdirə bilər. Əgər ata aliment ödəməyi çətinləşdirən vəziyyətdədirsə (məsələn, yalnız pensiya alır və əlavə gəliri yoxdur), alimentin miqdarı minimum səviyyədə təyin edilə bilər və ya onun aliment ödənişindən tam olaraq azad olunması mümkün ola bilər. Lakin həmin şəxsə qəyyum təyin olunanda ödənişi o həyata keçirilir. Qeyyum şəxsə xüsusən də məhdud fəaliyyət qabiliyyəti olan bir şəxsə onun həyatını idarə etmək və hüquqlarını qorumaq məqsədilə təyin olunur.

Psixoloji sağlamlıq problemi olan bir ataya gəlincə, əgər o, işləmir, dispanserdə müalicə alır və fəaliyyət qabiliyyəti yoxdursa, aliment ödənişi məsələsi daha da mürəkkəbləşir. Əgər məhkəmə bu şəxsin fəaliyyət qabiliyyəti olmadığını təsdiq edərsə, alimentin ödənilməsi məsələsi təxirə salına bilər və ya  alimentin icraatı dayandırıla bilər.  Bu halda, qeyyum şəxsin hüquqlarını müdafiə edir və lazım gələrsə, aliment ödənişlərini təşkil edir".

 

Son xəbərlər

Bakıda bu yol bir neçə saat bağlı olacaq

Rus ordusu Volnoye Poleni ələ keçirdi

Tramp 11-ci dəfə baba oldu - FOTO

Bu həkimlər 9000 manat cərimələnəcək

Kartdan pul çəkənlər daha tez tapılacaq - Yeni qayda

Bəzi ərazilərdən Azərbaycana ət məhsullarının gətirilməsinəməhdudiyyət qoyuldu

Azərbaycan dili imtahanının nəticələri açıqlandı

Ermənistanda zəlzələ oldu

Ev sahibinin ayaqqabısı Ərdoğanın marağına səbəb oldu - VİDEO

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Kirayə qalanlara ŞAD XƏBƏR

Təhsildə müasir TRENDLƏR - Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi –FOTO/VİDEO

Pensiya alanların nəzərinə - Dəyişiklik edilir

Məktəblərin bağlanma vaxtı dəyişə bilər

Prezident Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir - Canlı

İstiliyin verilməsinin vaxtının dəyişdirilir

Bakı metrosunun bir xəttində ancaq YENİ NƏSİL qatarlar olacaq – RƏSMİ

Emmanuel Makron Prezident İlham Əliyevlə görüşdü - VİDEO

Prezident İlham Əliyev Albaniyada Böyük Britaniyanın Baş naziri Kir Starmerla görüşüb

İlham Əliyev Albaniyada Rəcəb Tayyib Ərdoğanla görüşüb

Bütün xəbərlər